Leksem (en. lexeme) – dilin mənası olan ən kiçik vahidi. Məsələn, BASIC dilindəki
10 PRINT "The square root of 2 is";SQR(2)
sətrində 10 leksem var. Bəziləri boşluq simvolunu leksem hesab etmir. 10 PRINT "The square root of 2 is" ; SQR ( 2 ) Proqramın translyasiya fazalarından biri onun leksik təhlilidir. Bu zaman mətndən dilin leksemləri (açar sözlər, identifikatorlar, literallar və s.) ayrılır, sonra isə onlar sintaktik analizatora ötürülür.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kateqoriya:İnformatika Kateqoriya:Proqramlaşdırma dilləri Kateqoriya:Leksika Kateqoriya:Leksikologiya Kateqoriya:Dilçilik terminləri