Buta Airways — Azərbaycanda aşağıbüdcəli aviaşirkət, "Azərbaycan Hava Yolları" QSC-nin struktur bölməsidir. Qərargahı Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşdir.
Buta airways 2 iyun 2017-ci il tarixində Buta Airways aviaşirkətinin loqotipi və livreyası ictimayyətə təqdim edilmişdir. “BUTA AIRWAYS”-in loqotipi Azərbaycanın buta ornamenti formasında təsvir olunan mifoloji müqəddəs Simurq quşu rəmzini özündə əks etdirir.
25 avqust 2017-ci il tarixində şirkətin ilk "Embraer 190" təyyarəsi Bakıya gətirilib. İlk uçuşlar 2017-ci ilin payızında baş tutub. 2018-ci il sonunda aşağı büdcəli aviadaşıyıcının donanmasında "Embraer 190" təyyarələrin sayı səkkizə çatmış və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reysləri açılması mümkün olmuşdur.
Təyinat məntəqələri 2019-cu ilin yanvar ayına Buta Airways aviaşirkəti aşağıda göstərilən şəhərlərə uçuşları yerinə yetirir:
Bakı Gəncə Moskva - Vnukovo Hava Limanı İstanbul - Sabiha Gökçən Sofia Mineralnıye Vodı Kazan Lvov Sankt-Peterburq Naxçıvan Tbilisi Tehran İzmir Alanya Kiyev - "Borispol" hava limanı Ankara Batumi Həştərxan Odessa Xarkov Ufa Ər-riyad Dammam
Statistika +İllik sərnişin sayı2018442,000↑480%201792,000
Tənqidlər
AZAL-ın inhisarçı olduğu və bilet qiymətlərinin çox baha olduğu Azərbaycan mediasında tənqid edilir.
Həmçinin bax
AZALJET
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Hava Yolları Kateqoriya:Azərbaycan dövlət şirkətləri Kateqoriya:Bakı şirkətləri Kateqoriya:Azərbaycan brendləri Kateqoriya:Ləğv olunmuş Azərbaycan aviaşirkətləri