Dəlikdağ — Ordubad rayonu ərazisində dağ (hünd. 1782,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunun qərb istiqamətli Yoxuş şaxəsində  zirvə. Düylünçayın sol sahilində, Üstüpündən 1,5 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsi nin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub və şimal yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq  qanadında yerləşir.

DƏLİKDAŞ DAĞI – Ordubad rayonu ərazisində Dəlikdağın yerli əhali arasında işlədilən başqa adı.

Həmçinin bax: Ağdağ (Culfa rayonu) Bərdik dağı Acıçeşmə dağı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları