Dəstəbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 830,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunun qurtaracağında zirvə. Vənəndçayın sol sahilində, Dəstə kəndindən 1,9 km şimaldadır. Alt  Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastıtəpəli  yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan  Şurud-Vənənd sinklinalının cənub-qərb  qanadında yerləşir. Şimal-şərq yamacında şimal-qərb istiqamətli fay qırılması müşahidə olunur.

Həmçinin bax: Abdal (dağ) Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad) İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları