thumb

Z-buferdərinlik buferi — (ing. z-buffer (= depth buffer), ru. z-буфер, буфер глубины – üçölçülü kompüter qrafikasında: görüntünün elementlərinin uzaqlığının qeydə alınması üsulu. "Görünmə problemi"nin həll variantlarından biridir. Əgər texniki (aparat) baxımdan reallaşdırmaq olursa, çox effektlidir və praktiki olaraq heç bir çatışmazlığı yoxdur. Proqram baxımından isə z-bufer ilə rəqabət apara biləcək başqa metodlar da vardır: z-çeşidləmə ("rəssam alqoritmi") və fəzanın ikilik bölünməsi (BSP). Z-bufer metodunun başlıca çatışmazlığı çox böyük həcmdə yaddaşdan istifadə etməsidir. Z-bufer ikiölçülü massiv şəklində olur ki, onun da hər bir elementi ekranın bir pikselinə uyğun gəlir. Videokart pikseli çəkən zaman onun uzaqlığı hesablanır və z-buferin xanasına yazılır. Əgər çəkilən iki obyektin pikselləri bir-birini örtürsə, onda onların dərinlik (uzaqlıq) qiymətləri tutşdurulur və daha yaxında olan çəkilir, onun uzaqlıq qiyməti isə buferdə saxlanılır.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Kateqoriya:İnformatika