Andrey Urqant (; ) — sovet və rus aktyoru, teleaparıcı, şoumen.
Həyatı Andrey Urqant 1956-cı ildə aktyorlar Lev Milinder və Nina Urqantın ailəsində anadan olub. Teleaparıcı və aktyor İvan Urqantın atasıdır. Aktyor haqqında "Moskovskiy komsomoleç" qəzetində yazılan məqalədə Urqant soyadının eston mənşəli olduğu bildirilir,«Мама до сих пор меня воспитывает» // "Moskovskiy komsomoleç", 29.11.2006 eyni məlumatı "Arqumentı i faktı" qəzeti də dərc edib.Лучшие холостяки из мира шоу-бизнеса // "Arqumentı i faktı", 28.06.2007
1977-ci ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.
1977-1979-cu illərdə V.F. Komissarjevski adına Sankt-Peterburq Akademik Teatrında işləyib. 1979-1981-ci illərdə orduda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra Lenin komsomolu adına Leninqrad teatrına qəbul olunur və burada yeddi il işləyir.
Andrey Urqant 1982-ci ildən filmlərdə çəkilir. Aktyorun kinoda ilk əhəmiyyətli rolu, rejissor Yuriy Maminin 1993-cü ildə çəkdiyi iki seriyalı "Parisə pəncərə" (Rusiya-Fransa, 1993) filmində olmuşdur. Film keçmiş SSRİ ərazisində və ABŞ-da nümayiş etdirilmiş və yetərincə uğur qazanmışdır.
Urqant uzun müddət Sankt-Peterburq televiziyasında çalışıb. Artistin iştirakı ilə "Qızıl Ostap" və "On İki" proqramları efirə çıxırdı. Andrey Urqant on il "Pyatıy kanal"da yayımlanan — "Moxovoyda görüşlər" televerilişinin aparıcısı olub.
Ailəsi Birinci arvadı — Valeriya Kiselyova (1951—2015), sovet və rus aktirisası, Rusiya Federasiyasının əməkdar artisti (2000). Oğlu — İvan Urqant (doğ. 1978), rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biri. Nəvəsi — Nina Urqant (doğ. 2008) Nəvəsi — Valeriya Urqant (doğ. 2015) İkinci arvadı — Alyona Svintsova (doğ. 1947) Şairə və müğənni. 1996-cı ildən Niderlandda yaşayır. Qızı — Mariya (doğ. 1984) Nəvəsi — Əmir (doğ. 2004) Nəvəsi — Qabriel (doğ. 2015) Üçüncü arvadı — Vera Yaçeviç Dördüncü arvadı (Andrey Urqantdan 30 yaş kiçikdir) — Yelena Romanova (doğ. 1986)Андрей Ургант: «Лена обратила внимание на Ивана»
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunları Kateqoriya:Urqantlar Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiya aktyorları