Ərdağı (Ardağlı) — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin suayrıcındakı Keçəltəpə yüksəkliyindən (2744,0 m) cənub-qərbə ayrılan Salahyurdu qolunun suayrıcında, Xan bulağından 1,5 km şimal-qərbdə dağ (hünd. 2230,4 m). Üst Triasın Karni mərtəbəsinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş, şimal-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərqində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində  yerləşir. Şimal-şərq yamacından şimal-qərb istiqamətli Anabadgədik dərinlik qırılması keçir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur rayonunun dağları