Ziyarəttəpə dağı — Şərur rayonu ərazisində dağ (hünd. 920,0 m). Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsinin şimal-şərq cinahındakı mailli düzənlikdə, Dərəkənddən 1 km şimal-şimal-şərqdədir. Orta Pleystosenin allüvial-prolüvial çöküntülərindən təşkil olunmuş alçaq və yastı təpəli yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahına aid edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur rayonunun dağları