İran mahmızlaləsi (Elmi adı - Corydalis persica Cham.et Schlecht. ) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdə 10-20 sm hündürlükdədir. Yarpaqları oturaqdır. Gövdə yarpaqları qarşı-qarşıya duran, üçqatlıdır, ortadaki seqmet daha iridir. Yarpağın hissəcikləri tərs-yumurtavari, küt, 2-3 qanadlıdır. Çiçəklər 4-10 qısa salxımdadır. Tac 20 – 25 mm uzunluqda düz və ya əyiləndir, çəhrayı rənglidir. Mahmız ½ dəfə yarpağın lövhəsindən uzundur. Qutucuq xırda, itidir. Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə - meyvə əmləgətirmə dövrü aprel-may aylarına təsadüf edir. Kserofitdir. Alp çəmənlərində bitir Флора Азербайджана, 1953Əsgərov A.M., 2005.
Yayılması Naxçıvanın dağlıq hissəsi.
Sayı və tendensiyası Antropogen və iqlim amillərinin mənfi təsirlərinə məruz qala bilər.
Məhdudlaşdırıcı amillər Otarılma və tapdalanma.
Mühafizə tədbirləri Yayılma ərazilərində antropogen təsiri azaltmaq.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar