() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir.

Botaniki xarakteristikası Gövdəsi 10-50 sm hündürlükdə, sarımtıl-yaşıl, yoğunlaşmış, çılpaq birillik bitkidir. Yarpaqları növbəli, qalınlaşmış, sərtvari, təqribən gönvari, güclü tikanlı v əyiləndir. Çiçəkləri təkdir. Çiçəkyanlığı çılpaqdır, meyvələmədə sərtdir, bitişikdir, qanadşəkilli çıxıntıları inkişaf etməmişdir. Toxumları horizontaldır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyul-oktyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Düzən ərazilərdə, dəniz sahili psammofit-halofit senozlarının tərkibində tək-tək rast gəlinir.

Yayılması Kür-Araz ovalığı (cənub hissədə) və Lənkəran ovalığı (Xəzər ətrafında), Abşeron (Zabrat ətrafında), Qobustan (dəmir yolunun yaxınlığında).

Sayı və tendensiyası Populyasiyası azalır, mənfi təbii və antropogen amillərə həssaslığı gələcəkdə bu təhlükələrin təsirin artması ehtimal etməyə əsas verir.

Məhdudlaşdırıcı amillər Xəzər dənizinin səviyyəsinin dəyişilməsi, infrastrukturun inkişafı səbəb olur.

Mühafizə tədbirləri Mühafizə üçün xüsusi tədbirlər aparılmır . Biotoplarda antropogen və texnogen təsirləri azaltmaq məqsəd ilə yasaqlıqların təşkili populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasını təmin etmək, yeni arealını aşkar etməkdir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Livan florası Kateqoriya:Rusiya florası Kateqoriya:Afrika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Qida bitkiləri