Vladimir Aleksandroviç Canıbekov [d.13.5.1942, Qazaxıstan SSR, Cənubi Qazaxıstan vilayəti, Bostanlıq rayonunun İsgəndər kəndi. (Özbəkistan, indiki Daşkənd vilayəti. Bostanlıq rayonunun İsgəndər qəs.)] — SSRİ təyyarəçi kosmonavtı, aviasiya general mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1978,1981).Canıbekov// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 187-188.
Həyatı Yeysk Ali Hərbi Aviasiya Təyyarəçilər Məktəbini bitirdikdən (1965) sonra HHQ-də təyyarəçi-təlimatçı kimi xidmət etmişdir. 1970-ci ildən kosmonavtlar dəstəsindədir. 5 kosmik uçuş keçirmişdir. İlk uçuşunu (10–16.1.1978) “Soyuz-27” kosmik gəmisində (KG) gəmi komandiri kimi və “Salyut-6” orbital stansiyasında həyata keçirmişdir. Uçuş 5 sutka 22 saat 59 dəqiqə davam etmişdir. İkinci uçuşu (22–30.3.1981) “Soyuz-39” KG (beynəlxalq sov.-monqol ekipajının komandiri kimi) və “Salyut-6”orbital stansiyasında olmuşdur (uçuş müddəti 7 sutka 20 saat 42 dəq.). Üçüncü uçuşu (24.6.–2.7.1982) sov.-fransız ekipajının komandiri kimi “Soyuz T-6” KG və “Soyuz T-5” KG ilə birləşmiş “Salyut-7” orbital stansiyasında yerinə yetirmişdir. Uçuş 7 sutka 21 saat 51 dəqiqə davam etmişdir. 17–25.7.1984-cü ildə “Soyuz T-12” və “Soyuz T-11” KG ilə birləşmiş “Salyut-7” orbital stansiyasında komandir kimi dördüncü uçuşu həyata keçirmişdir. Uçuşun davam etdiyi 11 sutka 19 saat 14 dəq. ərzində o, açıq kosmik fəzaya çıxışı həyata keçirmişdir (3 saat 35 dəq.). 112 sutka 3 saat 51 dəqiqə davam edən beşinci uçuşu (6.6.–26.9.1985) “Soyuz T–13” KG-ndə (gəminin komandiri kimi) və “Salyut-7” orbital stansiyasında yerinə yetirmişdir. Açıq kosmosda 5 saat davam edən mürəkkəb texnoloji əməliyyatları yerinə yetirmişdir. 5 dəfə Lenin ordeni, Fransanın Fəxri Legion ordeni (1982) və medallarla təltif olunmuşdur.
Mükafatları və təltifləri Lenin ordeni (5 dəfə) Fransanın Fəxri Legion ordeni (1982) "Qırmızı Ulduz" ordeni (1978, 1981) 2 dəfə Sovet İttifaqı Qəhrəmanı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Sovet milislərinin 50 illiyi" yubiley medalı O, həmçinin, Qaqarin, Kaluqa (Rusiya), Aralık (Qazaxıstan) və Hyuston (ABŞ) şəhərlərinin fəxri vətəndaşıdır.
Həmçinin bax Qazaxıstan SSR
İstinadlar
Xarici keçidlər http://english.ohmynews.com/articleview/article_view.asp?article_class=4&no=363760&rel_no=1
Kateqoriya:SSRİ kosmonavtları Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:İki dəfə Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:SSRİ Daxili İşlər Nazirliyinin əməkdar işçiləri Kateqoriya:Poçt markası dizaynerləri Kateqoriya:SSRİ-nin aviasiya general-mayorları Kateqoriya:Özbəkistan SSR Ali Sovetinin deputatları