Anar Sahib oğlu Ələkbərov () — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru; Azərbaycan Avtomobil Federasiyasının prezidenti.

Həyatı Anar Ələkbərov Samux rayonunda anadan olub. O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib.

2014-cü ildə "Mehriban Əliyeva — xeyirxahlıq və ümid mücəssəməsi" adlı məqaləsi və "Mehriban" adlı kitabı çap edilib.

2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

Bir sıra EXPO sərgiləridə Azərbaycandan baş komissar rolunu icra edib. Bunların arasında EXPO 2015, (Milan, İtaliya), EXPO 2016, (Antalya, Türkiyə), EXPO 2020, (Dubay, BƏƏ), EXPO 2023, (Doha, Qətər), EXPO 2025, (Osaka, Yaponiya) var.

6 may 2019 ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

Prezident İlham Əliyevin 2019-cu il noyabrın 29-da imzaladığı sərəncamla Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

2025-ci ilin iyununda Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun oğludur.

Mükafatlar 2009-cu ilin oktyabr ayında Polşa Prezidenti tərəfindən Polşa–Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrə görə Polşa Respublikasının "Kavaler Xaçı" ordeni ilə təltif olunub. 13 aprel 2012-ci ildə Fransa–Azərbaycan münasibətlərinin, mədəni əlaqələrin və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına verdiyi töhfələrə görə Fransanın "İncəsənət və ədəbiyyat" ordeni (kavaler dərəcəsi) ilə təltif olunub. 2014-cü ilin noyabrında Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı — "Macarıstanın Xidmətlərə görə Komandor Xaçı" ordeni ilə təltif edilib. 6 may 2019-cu ildə Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə, Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub. 6 iyul 2021-ci ildə İtaliya Respublikasının "Xidmətlərə görə" ordeninin Böyük zabit dərəcəsi ilə təltif olunub. 14 may 2024-cü ildə, İtaliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfəyə görə, İtaliya Respublikasının "İtaliya Ulduzu" ordeninin Komandor dərəcəsi ilə təltif olunub. 30 may 2025-ci ildə Heydər Əliyev Fondunun Azərbaycan — Çin dostluq münasibətlərinin inkişafına verdiyi mühüm töhfələrə görə, Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının "Xalqlar dostluğu səfiri" mükafatına layiq görülüb.

İstinadlar

Həmçinin bax Heydər Əliyev Mərkəzi Heydər Əliyev Fondu Sahib Ələkbərov

Xarici keçidlər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri