Anvers adası () — Palmera arxipelaqında terləşən iri ada.
Antarktik yarımadasında şimal-qərbdə yerləşir. Brabant adasından cənub-qərbdə qərarlaşır. Adanın uzunluğu təqribi 74 km, eni 55 km təşkil edirJohn Stewart: Antarctica — An Encyclopedia. Bd. 1, McFarland & Co., Jefferson und London 2011, ISBN 978-0-7864-3590-6, S. 67. Sahəsi 2432 km²-dir. Adanın ən hündür yeri Mon-Franse dağıdır. Dağın hündürlüyü 2761 metr təşkil edir. Anversdən 1 km aralıda Kormorant adlı kiçicik ada yerləşir.
Ada ilk dəfə Con Bisko tərəfindən 1832 ildə kəşf edilmişdir. Adı 1898 ildə Belçika Antarktik ekspedisiyasının rəhbəri Adrien Jerlaş tərəfindən Belçikanın Antverpen vilayəti şərəfinə adlandırılmışdır. Adada amerikaya məxsus olan Palmera qütb stansiyası fəaliyyət göstərir. Stansiyada tikinti işləri 1968-ci ildə bitmişdir. Stansiyada 50 nəfər sərbəst şəkildə yerləşə bilir.
İstinadlar
Kateqoriya:Palmera arxipelaqı Kateqoriya:Cənub okeanının yaşayış olmayan adaları