350px|thumb|right|Humboldt dağları, Antarktida Humboldt dağları, Antarktidada Kraliça Mod Torpağında Voltat dağlarının qərb hissəsini təşkil edən Pitermann dağlarının tam olaraq qərbində yerləşən bir qrup dağdır.

Tarixi Dağlar, Alfred Ritşer liderliyindəki üçüncü Alman Antarktida Səfəri (1938-1939) zamanı kəşf edilmiş və xəritəyə alınmışdır. Dağlara 19-cu əsrin ilk yarısında yaşayan məşhur Alman təbiətşünas və coğrafiyaçı Aleksandr von Humboldtun adı verilmişdir. "Humboldt Mountains". Geographic Names Information System. United States Geological Survey. 2007-03-12.

Tarixi abidə Hindistan Geolojik Araşdırmaları üçün təşkil edilən doqquzuncu Hindistan Antarktida Səfəri zamanı reallaşan qəzada ölən Hind donanmasında texnik olaraq vəzifə yerinə yetirən üç elm adamı xatirəsinə Humboldt dağlarındaki İndia nöqtəsində () bir lövhə tikilmişdir . Lövhə, Antarktida müqaviləsi Məsləhət Yığıncağında Hindistanın təklifi ilə, "Tarixi yer və ya abidə" (HSM 78) elan edilmişdir."List of Historic Sites and Monuments approved by the ATCM (2012)" (PDF). Antarctic Treaty Secretariat. 2014-01-06.

Geoloji xüsusiyyətlər

Skarşovdin dağı Skarşovdin dağı () Hovdiskar uçurumunun qərb tərəfinin 2.830 metrdən hündür olan yumru formada bir dağdır. Üçüncü Alman Antarktida səfəri zamanı kəşf edilmiş və şəkilləri çəkilmiş (1938-1939), Norveç Antarktida səfəri (1956-1960) zamanı isə Norveç tərəfindən xəritəyə alınmış və dağa Norveç dilində Uçurum dağ mənasını verən Skarşovdin adı verilmişdir. "Mount Skarshovden" . Geographic Names Information System. United States Geological Survey. 2007-03-12.

Yenovski qayaları Yenovski qayaları, () Humboldt dağlarının cənub-şərqində Xmiznikov dağının 8 km cənubunda uzanan iki ayrılmış qaya parçasıdır. İlk dəfə Sovet Antarktida səfərində (1960-61) havadan rəsmləri çəkilərək xəritəyə alınmışdır. Sovet hidroqrafı S.Ş Yenovskinin adı verilmişdir. "Yanovskiy Rocks" . Geographic Names Information System. United States Geological Survey. 2008-03-20.

İstinadlar

Kateqoriya:Antarktida