Nelli Kim — Tacikistanlı idman gimnastı. Nelli Kim 1976-cı ildə Monreal şəhərində, 1980-ci ildə isə Moskva şəhərində keçirilən Yay Olimpiya Oyunlarının 5 qat qızıl və 1 qat gümüş medalçısıdır. Nelli Kim 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülmüşdür. Nelli Kim həmçinin Dünya Çempionatının 5 qat qızıl, 4 qat gümüş və 2 qat bürünc, Avropa Çempionatının isə 2 qat qızıl, 3 qat gümüş və 4 qat bürünc medalçısıdır.
Həyatı
Nelli Kim 29 iyul 1957-ci ildə Tacikistanın Şurab vilayətində anadan olmuşdur. Nelli Kimin atası Vladimir Kim milliyətcə saxalin koreyalısı, anası Alfiya Safina isə milliyətcə tatardır. Nelli Kim 10 yaşından Vladimir Baydinanın məşqçiliyi altında idman ilə məşğul olur.
Karyerası
Nelli Kim birinci uğurunu 1974-cü ildə qazandı. O Bolqarıstanın Varna şəhərində keçirilən Dünya Çempionatında qızıl medal qazandı. 1 ildən sonra isə Nelli Kim 1975-ci ildə Avropa Çempionu adını qazanır. Nelli Kim daha sonra 1976 Yay Olimpiya Oyunlarında iştirak etdi.
Nelli Kim birinci dəfə Yay Olimpiya Oyunlarında 1976-cı ildə uğur qazandı. Nelli Kim Kanadanın Monreal şəhərində keçirilən 1976 Yay Olimpiya Oyunlarında 3 qızıl və 1 gümüş medal qazandı. Nelli Kim birinci qızıl medalı komanda yarışlarında qazandı. Növbəti medal isə o çoxnövçülük yarışlarında qazandı. Nelli Kim Rumıniyalı Nadya Komaneçidən 0.695 xal geri qalaraq gümüş medal qazandı. Nelli Kimin növbəti 2 medalı isə qızıl medal oldu. O dayaqla tullanma və döşəmə yarışlarında qızıl medala sahib çıxdı.
1977-ci ildə Praqada keçirilən Avropa Çempionatında qızıl medalın sahibi oldu Nelli Kim. Daha sonra Nelli Kim 1978-ci ildə Dünya Çempionatında Strasburqda 3 qızıl və 1 gümüş medal qazandı. 1 ildən sonra isə o Dünya Çempionatında Fort Vortda 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazandı.
Nelli Kim 1980-cı ildə Sovet Sosialist Respublikaları İttifaqının Moskva şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etdi və 2 qızıl medal qazandı. Nelli Kim həmin Olimpiya Oyunlarında komanda yarışlarda qızıl medal qazandı. Nelli Kim 2-ci qızıl medalı isə döşəmə yarışlarında qazandı. Amma ancaq Nelli Kim qızıl medal qazanmadı. Onun ilə eyni xala sahib olan Rumıniyalı gimnast Nadya Komaneçidə Moskva Olimpiadasının qızıl medalını qazandı.
Həmçinin bax
Nelli Kimin rəsmi internet səhifəsi
İstinadlar
Kateqoriya:1976 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:1980 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:1976 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1980 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib Tacikistan idmançıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Tacikistan idmançıları Kateqoriya:1976 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Gimnastika üzrə dünya çempionları Kateqoriya:Olimpiya gümüş medalına sahib SSRİ idmançıları