— 5pb. tərəfindən istehsal və nəşr olunmuş Yaponiya vizual romanı. Oyun PlayStation 3 və Xbox 360 konsolları üçün 28 iyun 2012-ci ildə, PlayStation Vita konsolu üçün isə "Robotics;Notes Elite" adı altında 26 iyun 2014-cü ildə yayımlanmışdır. "Robotics;Notes" oyunu 5pb. şirkətinin "Science Adventure" videooyun seriyası çərçivəsindəki "Chaos;Head" və "Steins;Gate"-dən sonra üçüncü oyunudur.

kimi təsvir edilmişdir. Oyun əsasında 6 manqa adaptasiyası və Production I.G studiyası tərəfindən anime adaptasiyası istehsal olunmuşdur. Anime adaptasiyası Fuji TV-də 2012-ci ilin oktyabrından 2013-cü ilin martına kimi göstərilmişdir. Anime serialı Funimation Entertainment tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.

Geympley "Robotics;Notes" elmi fantastika janrında vizual romandır. Oyunçu bir çox personajın prespektivindən (əsasən Kayto Yaşio) oyunu oynamaq imkanına sahibdir. Oyun oyunçudan çox az qarşılıqlı təsir tələb edir, oyunun böyük hissəsi ekrandakı mətnlərin oxunması sərf olunur. Oyunda hekayə və dialoqlar böyük yer tutur. Mətnlə yanaşı Kayto və ya Akihanın söhbət etdikləri şəxsi və arxaplanı təsvir etmək üçün 3D modelləşdirmədən istifadə olunub. Hekayənin müəyyən nöqtələrində oyunçu personaj modellərində və arxaplanda yer alan CG qrafikləri ilə tanış olur. "Robotics;Notes" oyunu çoxşaxəli hekayəyə, buna görə də müxtəlif sonluqlara malikdir. Oyunçunun oyun zamanı verdiyi qərarlardan asılı olaraq hekayə müxtəlif istiqamətdə inkişaf edə və müxtəlif sonluqlarla başa çata bilər.

Oyunçu Kayto personajı ilə oyunu oynayarkən aktivləşdirə bilər. Poke-com triqqeri "Steins;Gate" oyunundakı Telefon triqqerini əvəz edir. Bu triqqerin vasitəsilə oyunçu Kaytonun tabletindəki tətbiqlərdən istifadə edə bilər: Deluoode Map (xəritə tətbiqi); (Twitter-ə bənzər sosial şəbəkə tətbiqi, hansı ki, oyunçu qapaqcadan müəyyən edilmiş cavablarla digər personajların tvitlərini cavablandıra bilər) və (oyunçuya ətraf mühitlə təmasda olmağa, personajlar və ya cisimlərə etiketlənmiş məlumatları almağa kömək edən artırılmış reallıq tətbiqi).

Məzmun Hekayə "Robotics;Notes" oyununda oyunçu döyüş oyunları oynamağı sevən Kayto Yaşio personajını mənimsəyir. O, məktəbin robototexnika klubunun üzvüdür. Hekayə baş qəhrəmanın əsas personajlardan birinin dünyaca məşhur döyüş videooyununun mühərrikini hazırladığını öyrənəndə başlayır. Kayto hərəkət yaxalama texnologiyasından istifadə edərək robot yaratmaq qərarına gəlir. Kayto bunun üçün karate klubuna gedib hərəkət yaxalama üçün münasib şəxs axtarmağa başlayır.

Qurma və mövzular "Robotics;Notes"-da hadisələr 2019-cu ildə, cənubi Yaponiyadakı Kyuşu adasının cənubunda yerləşən Taneqaşima adasında baş verir. Oyunun mövzusu robotlardır və oyun "Əgər sən nəhəng robot düzəltməyə çalışsan, nələr baş verir?" sualına cavab axtarır.

Personajlar

Oyunun baş qəhrəmanlarından biridir. Mütəmadi olaraq "Kill-Ballad" döyüş oyununu oynayır və məktəbin robototexnika klubunun üzvüdür. Anemone gəmisi hadisəsindən sonra ürəktutmalardan əziyyət çəkir, zaman onun üçün daha sürətli axır. Kayto əslində robotlarla maraqlanmır, robototexnika klubuna qoşulma səbəbi Akihonun bacısı Misakinin adayı tərk edərkən bacısını ona əmanət etməsidir.

Baş qəhrəmanlardan biridir və başlanğıcda robototexnika klubunun tək üzvüdür. Kayto kimi Anemone insidentinin qurbanlarından biri olduğundan Akiho da zamanın onun üçün sürətli axmasına səbəb olan ürəktutmalardan əziyyət çəkir. Ən böyük arzusu bacısı Misaki tərəfindən əsası qoyulan nəhəng robotu tamamlamaqdır.

Kayto və Ahiko ilə eyni məktəbə gedən tələbədir. Subaru bir neçə il əvvəl Robo-One çempionu olduğundan Akiho onu həmişə kluba dəvət edir, lakin Subaru atasına robotlarla bir daha məşğul olmayacağına və təhsilini bitirdikdən sonra balıqçı olacağına dair verdiyi sözə görə bu dəvəti rədd edir. Kayto onun gizli şəxsiyyətini açıqlayacağı ilə qorxutduğundan Subaru məcbur kluba qoşulmalı olur.

"Kill-Ballad" oyununun yaradıcısı və "Gunvarrel" anime serialının rejissorunun qızıdır. "Gunvarrel" animesinin heyəti Gunvarrelin əslində beyin yıxama proqramı kimi istifadə edildiyini öyrənəndə Komitet 300 tərəfindən öldürülür. İtmiş anasının sonuncu dəfə Taneqaşima adasında göründüyünü öyrənən Frau dəlil tapmaq üçün adaya köçür.

Robototexnika klubunun üzvü və karateçidir.

Kimicima Ko tərəfindən rabitə interfeysinə və proqrama çevrilən qızdır. O, şüuraltı Kimicima üçün casusluq edir. Ayri sağalmaz xəstəliyə malik olduğundan, onun bədəni gələcəyin texnologiyası ilə müalicə olunmaq ümidi ilə dərin yuxuya qoyulmuşdur..

Akihonun bacısıdır. Anemone hadisədi zamanı Kimicimanın nə etməyə çalışdığını kəşf etmiş və onu öldürmüşdür, lakin zehni onun kiber-ruhu tərəfindən ələ keçirilmişdir.

Misakinin ən yaxın dostudur. O, Kimicimanın cəsədini tapmış və onu gizlədərək Misakinin qatil olduğunu gizlətmişdir. Mizuka Komitet 300 tərəfindən öldürülür.

Misaki və Mizukanın uşaqlıq dostu və robototexnika klubunun məsuliyyətini daşıyan müəllimdir.

Kayto məktəbinin baş müəllimidir.

"Dok" adı ilə də tanınır. O, "Robo Clinic" adlı robot təmiri mağazasının sahibidir. Cunnanın babasıdır. Robototexnika klubun vacib layihələrində köməklik göstərir.

Kimicima raportlarının bir neçə il öldürülmüş müəllifidir. Məlum olur ki, o, Komitet 300 üçün işləmişdir və təcrübədən ötrü bütün sərnişinləri az qala öldürəcək olan Anemone hadisəsinin səbəbkarıdır. Kimicima Misaki tərəfindən dayandırılmış və öldürülmüşdür. Lakin ölməzdən qabaq şüurunu internetə yükləyə bilmişdir və indi Komitet 300-ün planını reallaşdıraraq dünya əhalisinin böyük hissəsini məhv edə biləcək Günəş partlayışına səbəb olmaq niyyətindədir. İnsanları aldatmaq üçün Kimicima raportlarından istifadə edir və zehinlərini ələ keçirdiyi Misaki və Geciyə əmrlərini yerinə yetirməyə məcbur edir. Sonda Kay Daru tərəfindən hazırlanmış virusla Kimicimanı məhv edir.

Akiho və Misakinin atası və JAXA-nın yerli şöbəsinin başçısıdır.

Mitsuhikonun dayısı və Space Ame şirkətinin prezidentidir. O, reklam qarşılığında robototexnika klubunun layihələrini maliyyələşdirir (robotların üzərində şirkətin adı yazılır).

Subarunun atasıdır. Oğlunun robotlarla məşğul olmasına qarşıdır və onun gələcəkdə balıqçı olmasını istəyir.

Komitet 300-ün üzvlərindən birinin oğludur. Lakin Komitet 300-ə müqavimət göstərməyə qərar vermiş və bu məqsədlə gizli təşkilat qurmuşdur.

Steins;Gate-də də görünmüş personajdır. Hazırda 20 yaşı var və JAXA üçün işləyir.

Əsl adı İtaru Haşida olub Steins;Gate-in əsas personajlarından biridir. Nae, eləcə də, digər "Steins;Gate" və "Chaos;Head" personajları kimi o da Savadanın gizli təşkilatı üçün işləyir. Kimicima tərəfindən yaradıldığından Iru-o proqramına güvənmək mümkün olmadığından İtaru "DG297 3rd Edition ver.4.11" cihazını yaradır. Kimicimanı məğlub etmək üçün virusu o yaradır. O, heç vaxt görünməmişdir, lakin adı görünmüşdür. 2019-cu ildə artıq evlidir və qızı var. "DaSH" "Daru the Super Hacker" mənasını verir, amma son fəsildə hələlik özünü "DaSP" ("Daru the Super Programmer") adlandırır.

İstehsal "Robotics;Notes" oyununun orijinal konsepti və təməl hekayəsinin hazırlanmasına Şikura başçılıq etmişdir. Naotaka Hayaşi oyunun ssenaristi, Tatsuya Matsubara prodüseridir. Personajların dizaynı ilə Tomonori Fukuda, mexaniki dizayn ilə Makoto İşivata məşğul olmuşdur. Oyunun bəstəkarı Takeşi Abodur. Şikura oyun üzərində 2010-cu ilin iyulunda işləməyə başlamışdır. Oyunun istehsal komandası Yaponiya Kosmos Araşdırma Agentliyindən (JAXA) dəstək almışdır və Şikuraya görə bu, oyunun elmi mövzularını daha real göstərməyə imkan yaratmışdır. Nitroplus da oyunun istehsalında müəyyən pay sahibi olmuşdur. Oyun 3D əyaniliyə malikdir və istehsal komandası "Catherine" və "Idolmaster 2" kimi oyunların 3D modellərini hədəf kimi götürmüşdülər.

Buraxılış tarixi "Robotics;Notes" ilk öncə 5pb. şirkətinin rəsmi saytı vasitəsilə 22 dekabr 2010-cu ildə anons edilmişdir. Oyun haqqında detallar 5pb. şirkətinin CEO-su Çiyomaru Şikuranın həmin tarixdə "Famitsu" jurnalının yayımlanmış buraxılışında nəşr edilmiş müsahibəsində verilmişdi. "Robotics;Notes" oyunu "Chaos;Head" (2008) və "Steins;Gate" (2009) oyunlarından sonra 5pb. şirkətinin yaratdığı "Science Adventure" franşizinin 3-cü oyunudur. Oyunun uyğunlaşdırılacağı platformalar açıqlanmamış Şikura əvvəlki işlərini dəstəkləmiş fanatları sevindirəcəklərini bildirmişdir. O həmçinin oyunu 2011-ci ildə tamamlamağı hədəflədiklərini demişdir. Oyun PlayStation 3 və Xbox 360 platformaları üçün 28 iyun 2012-ci ildə yayımlanmışdır. PlayStation 3 versiyası Remote Play dəstəyinə malikdir. 26 iyun 2014-cü ildə "Robotics;Notes Elite" adı ilə nəşr olunmuş oyunun PlayStation Vita versiyası yeni xüsusiyyətlərə və əlavə animasiya səhnələrinə malik idi. Ağırlaşdırılmış versiyadakı personajlar yenidən modelləşdirilmiş və yeni animasiya səhnələri təqdim olunmuşdur.

Media Manqa Keyci Asakavanın rəssamlığı ilə hazırlanmış "Robotics;Notes" adlı manqa adaptasiyası 2012-ci ilin martından 2014-cü ilin sentyabrına kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuşdur. Manqanın altı tankobon cildi 10 iyul 2012-ci ildən 10 sentyabr 2014-cü ilə kimi nəşr olunmuşdur. Qo tərəfindən çəkilmiş "Robotics;Notes Phantom Snow" adlı ikinci manqa Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" onlayn jurnalı vasitəsilə 26 iyul 2012-ci ildən çap olunmağa başlamışdır. 14 sentyabr 2013-cü ilə kimi iki tankobon cildi çap olunmuşdur. Üçüncü manqa — "Robotics;Notes Revival Legacy" Tatsuya Şihara tərəfindən çəkilmişdir və Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında 2012-ci ilin sentyabrından nəşr olunur. Manqa 19 dekabr 2012-ci ildən 17 yanvar 2014-cü ilə kimi üç tankobon cilddə toplanmışdır.

Tsuzuri Yano tərəfindən çəkilən adlı dördüncü manqa "Square Enix"-in "Monthly Shōnen Gangan" jurnalında 2012-ci ilin oktyabrından serializasiya olunur. İlk cildi 21 sentyabr 2013-cü ildə çapdan çıxmışdır. Beşinci manqa rəssam NB tərəfindən çəkilmişdir və Kadokawa Shoten nəşriyyatının "Shōnen Ace" jurnalında 2012-ci ilin noyabrından yayımlanır. İlk cildi 26 noyabr 2012-ci ildə, ikinci cildi 25 aprel 2013-cü ildə nəşr olunmuşdur. Tokuma Sora tərəfindən çəkilmiş "Robotics; Notes Pleiades Ambition" adlı altıncı manqa Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalında 2012-ci ilin noyabrından yayımlanır. 27 iyul 2013-cü ilə qədər 3 tankobon cildi çapdan çıxmışdır.

Anime

Production I.G tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası Fuji TV-də 11 oktyabr 2012-ci ildən 21 mart 2013-cü ilə kimi göstərilmişdir. 1-11-ci seriyalarda açılış mahnısı kimi Zwei qrupu tərəfindən ifa olunan mahnısından, bağlanış mahnısı kimi Fumika tərəfindən ifa olunan mahnısında istifadə olunmuşdur. Qalan seriyaların açılış mahnısı Haruki tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı isə Kanako İto tərəfindən ifa olunan mahnısı olmuşdur. Funimation animeni 12 oktyabr 2012-ci ildə saytında yayımlamaq üçün lisenziyalaşdırmışdır.

Qəbul "Famitsu" oyunun PlayStation Vita versiyası "Robotics;Notes Elite" oyununa 30/40 xal vermişdir.

İstinadlar

Xarici keçidlər Vizual romanın rəsmi saytı Animenin rəsmi saytı

Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2012-ci ilin anime serialları Kateqoriya:2012-ci ilin videooyunları Kateqoriya:Enterbrain manqaları Kateqoriya:Funimation Kateqoriya:Vizual romanlar Kateqoriya:Mag Garden manqaları Kateqoriya:Mexa anime və manqaları Kateqoriya:Nitroplus Kateqoriya:NoitaminA Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:Production I.G Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Elmi fantastika videooyunları Kateqoriya:Seynen manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Shueisha manqaları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Uydurmada zehin kontrolu Kateqoriya:Uydurmada 2019-cu il Kateqoriya:5pb. Kateqoriya:2019-cu ilin videooyunları Kateqoriya:Spike Chunsoft oyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları