Baltik dili (Vislik dili, , ) — ensiz dil Kalininqrad körfəzini Qdansk körfəzindən ayırır. Dilin uzunluğu 65 km təşkil edir. Dilin cənub hissəsi (30 km) Polşa, şimal-şərqi isə Rusiyanın Kalininqrad vilayəti (35 km) ərazisinfə yerləşir «География Калининградской области». Пособие по краеведению для учащихся средней школы. П. П. Кучерявый, Г. М. Федоров. Калининградское книжное издательство 1989. ISBN 5-85500-037-0.. Eni orta hissəsələrdə 300—1800 metr, şimal hissədə isə 8–9 km təşkil edir. Dil əsasən qumlu çimərliklərdən ibarətdir. Burada dyunlara rast gəlinir. Cənub hissədən materikə birləşsədə, şimaldan isə materikdən Baltiysk kanalı ilə ayrılır. Dilin şimalı bəzən Pillau yarımadası adlanırБалтийск // Энциклопедия туризма Кирилла и Мефодия. 2008..
Xüsusiyyəti Baltik dili dəniz akkumulyasiyası zamanı formalaşmışdır. Əsasən küləklərin və onların fəaliyyəti nəticəsində qumların bir yerə tonlanmasından yaranmışdır. Baltik dilində dyunların hündürlüyü 40 metri keçmir. Dilin meydana gəlməsi 6 000 il öncəyə aid edilir.
Əhalisi
Rusiya ərazisi 400px|thumb|Baltik dilinə açılan mənzərə. Baltiysk şəhəri ilə birlikdə dilin ərazisi Baltiysk şəhər dairəsi ərazisinə daxildir. Bu dairənin ərazisində 34-35 min nəfər yaşayır İllərə görə əhalinin statistikası. .
Dilin Rusiya hissəsində Kosa və Rıbaçi qəsəbələri mövcuddur. Onlar əsasən dilin şimalında yerləşdiyindən Baltiysk şəhərindən açıq aşkar görünür. Dillə materik arasında katerlər fəaliyyət göstərir. Bunula da yaşayış məntəqələri ilə əlaqə yaradılır.
Polşa ərazisi Dilin Polşa hissəsində Rıbaskie Kontı, Krınısa Morska və Pyaski qəsəbələri vardır. Krınısa Morska məşhur kurort şəhərçiyidir.
Turizm Dilin sahəsi 2 522 ha-dır «Земля на Балтийской косе пошла с молотка». Ольга Гончарова. Газета «Комсомольская правда», 12.12.2007.. Dəniz sahilində çimərliklərin eni 30—40 metrdir. Gizli turistik sahə ilə əlaqədar dilin Rusiya hissəsi 50 il müddətində qapalı zona olmuşdir.
Planlar
Dildə gəmiçilik üçün kanalın tikintisi 2004-cü ildə Kalininqrad vilayətində dilin Polşa hissəsində ksnalın tikintisi planı ətrafında böyük narazılıqlar yaranır. Polyaklar Elblonq limanını Baltik dənizini birləşdirmək məqsədi ilə kanalın tikintisini planlaşdırırlar. Bu məqsədlə hətta xüsusi fond təşkil edilir. Layihənin ümumi dəyəri 20 milyon dollar olaraq qiymətləndirilir «Bəxtsiz ada. Baltika dilində kanalın tikintisi Kalinindrad vilayətinin ekologiyasına böyük zərbə vura bilər.» Aleksandr Ryabuşev. 2004.08.16. Nezavisimaya qəzeti. .
Maraqlı fakt 19° 38' şərq uzunluğu dil ərazisində yerləşir. Bu sahə Rusiyanın ən ucqar qərb nöqtəsidir Орлёнок В. В., Курков А. А., Кучерявый П. П., Тупикин С. Н. «Физическая география», Глава X. География Калининградской области. 1998 г. . 2008-ci ilə qədər dil boyunca dəmir yolu fəaliyyət göstərirdi. Bu dəmir yolu Rusiyanın ən qərb nöqtəsində yerləşən dəmir yolu olmuşdur. Xəttin bəzi hissələrini hətta dəniz suyu yuyurdu. Hazırda xətt tamamən ləğv edilmişdir.
İstinadlar
Mənbə Гидрогавань на Балтийской (Вислинской косе) — бывшая немецкая авиабаза Нойтиф (Neutief) Kalimqrad vilayətinə səyahət «Baltik dili» «Baltik dili — Rusiyanın ən ucqar nöqtəsi.» Sergey Volkov. Nezavisimaya qəzeti. 31.12.1999 Baltik dili
Kateqoriya:Polşa dilləri (coğrafiya) Kateqoriya:Baltik dənizi dilləri Kateqoriya:Kalininqrad vilayəti dilləri (coğrafiya) Kateqoriya:Rusiya yarımadaları