İlham Abbas oğlu Hüseynov () — Azərbaycan teatr və kino aktyoru.
Həyatı İlham Hüseynov 1967-ci ildə anadan olmuş, 1990-cı ildə М. А. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirmişdir. 1990-cı ildən 2013-cü ilə qədər Gəncə Dövlət Dram Teatrında, 2013-cü ildən bu günə qədər isə Akademik Milli Dram Teatrında işləyir. 3 may 2011-ci ildə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülüb.
Oynadığı rollar Gəncə Dövlət Dram Teatrı Əziz ("Duel", M. Bacıyev) Xandəmir ("Afət", H. Cavid) Aslan bəy ("Oqtay Eloğlu", C. Cabbarlı) Gənc kişi ("Qatil", E. Əfəndiyev) Əzrayıl ("Molla Nəsrəddin və Əzrayıl", Y. Əzimzadə) Müsyö Jordan (" Müsyö Jordan və Dərviş Məstəli Şah", M. F. Axundzadə) Podkolyosin ("Evlənmə", N. V. Qoqol) Doktor Lalbyuz ("Dəli yığıncağı", C. Məmmədquluzadə)
Akademik Milli Dram Teatrı Nikoviç("Nazirin xanımı", B. Nuşiç) II aspirant-Xızır("Şah və Şair yaxud Hamı səni sevənlər burdadı", K. Abdulla) Oyun aparıcısı ("Qoca Kloun Tələb Olunur", M. Vişnek) Həkim ("Kölgə", Y. Şvart) Leyli Əbdül Əfəndi, Hakim Atalıq, Baş münəccim, Qolitsin ("Nadir Şah", Y. Oğuz) Qraf ("Sənətkarın Taleyi", E. Əfəndiyev) Şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu)
Filmoqrafiya Aktrisa (film, 2011)-Rüfət Hüseynzadə Sonuncu fəsil (teleserial, 2013)-İlyas Zamanlı Qırmızı bağ (film, 2016)-həkim Vicdan haqqı (teleserial, 2016)-İmran Yuxu kimi (teleserial, 2019)-Nüsrət İmtina (teleserial, 2024)-Adəm
İstinadlar
Xarici keçidlər "Mənim günahım" tamaşası yeni təqdimatda
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları