Mahmud və Məryəm — Azərbaycan və Türkiyə kinematoqrafçılarının Elçinin eyniadlı romanı əsasındaMəhəbbət haqqında daha bir əfsanə: [Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilmiş eyniadlı filmin nümayişi haqqında] //Azərbaycan.- 2013.- 1 oktyabr.- S.12. 2013-cü ildə müştərək çəkdikləri film.
Məzmun Film müsəlman Mahmud ilə xristian Məryəmin mümkünsüz görünən məhəbbəti haqqındadır. Filmdəki hadisələr 1500-cü illərdə baş verir. Mahmud Gəncə xanı Ziyad xanın oğlu, Məryəm isə xristian keşişinin qızıdır. Gənclərin məhəbbəti Ziyad xan və keşiş tərəfindən yaxşı qarşılanmır. Keşiş Məryəmi götürüb uzaqlara qaçır. Ziyad xanın etirazlarına baxmayaraq, Mahmud Məryəmin dalınca gedir. Yolda Mahmud Çaldıran döyüşünün baş verdiyi düzənliyə çatır və gördüklərindən çox təsirlənir. Süleyman Paşanın köməyi ilə Məryəmi tapsa da, filmin sonunda hər iki aşiq əfsanəvi şəkildə dünyalarını dəyişir.
Haqqında Filmi Azərbaycanın “Salnamə” və Türkiyənin 24 Kare şirkətləri müştərək çəkiblər.
Filmdə baş rolları Aras Bulut İynemli və rus əsilli Yeva Dedova paylaşıb. Filmin çəkilişləri təxminən on həftə davam edib. İlk on bir günlük çəkilişlər Azərbaycanın Şəki, Qax, Bakı şəhərlərində aparılıb. Film 22 mart 2013-cü ildə TürkiyədəBayramov, O. İstanbulda Xalq yazıçısı Elçinin romanı əsasında çəkilmiş “Mahmud və Məryəm” filminin təqdimatı olmuşdur: [rejissor Mehmet Ada Öztekinin quruluşunda] //Azərbaycan.- 2013.- 20 mart.- S.11., 26 sentyabr 2013-cü ildə isə Azərbaycanda nümayişə girib.Azəri, L. “Mahmud və Məryəm” ekrana çıxdı: Azərbaycan və Türkiyə kinematoqrafçılarının ilk müştərək filminin Bakı premyerası keçirildi : [Nizami Kino Mərkəzində] //Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 2. Türkiyədə keçirilən qala gecəsində əsərin müəllifi Elçin də iştirak edib. Film həmçinin 2015-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 4-cü Türk Filmləri Həftəsində də nümayiş olunub.
“Mahmud və Məryəm” filminin rejissoru Mehmet Ada Öztekindir.Öztekin, M. “Rejissor filmin ağasıdır”: [“Mahmud və Məryəm” filminin rejissoru Mehmet Ada Öztekin ilə müsahibə] /müsahibəni apardı Q.Turalı //Ədalət.- 2013.- 2 oktyabr.- S.8. “Mahmud və Məryəm” filminin prodüseri Sevda Qayğısızdır.Kayğısız, S. “İki ölkəni bir görürəm”: [“Mahmud və Məryəm” filminin prodüseri Sevda Kayğısız ilə müsahibə] //Xalq cəbhəsi.- 2013.- 5 fevral.- S. 15.
Baş rollar və obrazlar
Aras Bulud İynemli - Mahmud Yeva Dedova - Məryəm Fəxrəddin Manafov - Ziyad xan Məlahət Abbasova - Qəmər Banu Mehmet Çevik - Keşiş Polad Bilgin - Sofu Şamil Süleymanov - Mirzə Salman İlkər Kızmaz - Süleyman Paşa Kristina Krepela - Ceylan Tomris İncər - Qısır qadın Şafak Başqaya - Bayındır Ufuk Şen - Olcaytu Həsən Qaçan Cemal Hünal Ramiz Məlikov Ali İl Asena Tuğal Mert Öcal Açelya Özcan Volkan Özler - Təcavüzkar Əsgər Salahsun Həkimoğlu - Müqəddəs ixtiyar Filmi səsləndirənlər: Səyyar Rüstəmov - Mahmud (Araz Bulud İynəmli) (titrlərdə yoxdur) Məsmə Aslanqızı - Məryəm (Yeva Dedova) (titrlərdə yoxdur) Vahid Əliyev - Müqəddəs ixtiyar (Salahsun Həkimoğlu) (titrlərdə yoxdur)
İstinadlar
Mənbə İsayeva, R. “Mahmud və Məryəm” kinodastan olacaq: Azərbaycan və Türkiyə kinematoqrafçıları məşhur romana ekran həyatı verəcəklər: [Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında quruluşçu rejissor Mehmet Ada Öztekinin ekranlaşdıracağı eyniadlı filmin çəkiliş qrupu “Nizami” Kino Mərkəzində mətbuat konfransı keçirmişdir] //Mədəniyyət.-2012.- 20 iyul.- S. 8.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Türkiyə filmlərinin siyahısı
Xarici keçid Filmi izlə
Kateqoriya:Türkiyə filmləri Kateqoriya:2013-cü ilin Türkiyə filmləri Kateqoriya:Səfəvilər dövrünə aid filmlər Kateqoriya:2013-cü ilin dram filmləri