Tünd qırmızı ayıca () — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü.
Təsviri Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır. Döşü sarı tüklərlə örtülüdür. Qarıncığı sarıdır. Üst hissəsində xırda qara nöqtələr var.Azərbaycan Qırmızı Kitabı. 1989 il
Yayılması Palearktikada, Rusiyada, Ukraynanın hər yerində, Azərbaycanda isə Kür-Araz düzənliyində, Abşeron-Qobustan təbii rayonunda və Zuvandın dağ-səhra sahələrində.
Həyat tərzi Düzənlik, dağətəyi və dağ-səhra kserofit və həminkserofit biotoplarında. Kəpənəkləri mayın axırlarında, iyun və iyul aylarında uçur. Tırtılı qışlayır. Qışlamadan sonra mayda və avqust aylarında tırtıllar-boymadərən, qatıqotu, dağ tərxunu, çiyələk, moruq, böyürtkən, alma, söyüd üzərində yaşayır. Bir nəsil verir.Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 352.
Sayı Azsaylıdır. Abşeron-Qobustandan 5 kəpənəyi tutulmuşdur.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.
İstinadlar
Ədəbiyyat Azərbaycan Qırmızı Kitabı. 1989 il Azərbaycan Qırmızı Kitabı, II Cild, Bakı, 2013 Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 352.
Xarici keçidlər Vlindernet Lepidoptera of Belgium
Həmçinin bax
Kateqoriya:Ayıcalar Kateqoriya:1758-ci ildə təsvir edilən güvələr Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları