İndira Qandi Beynəlxalq Hava Limanı — Hindistanın ən böyük hava limanlarından biridir. Dehli şəhərindən 16 km aralıda yerləşir. 2009-cu ildən ölkənin ən işlək və ən çox beynəlxalq sərinişin daşıması olan hava limanıdır. Yük daşımalarına görə isə ölkədə ikinci yeri tutur.
Hava yolları və istiqamətlər
Qəzalar 25 yanvar 1970-ci ildə Nepal Hava Yollarına məxsus Fokker F27-200 tipli təyyarə Nepalın Katmandu şəhərindən hərəkətə başlamış, lakin əlverişsiz hava səbəbi ilə Palam Hava Limanına enməli olmuşdu. Eniş vaxtı pilot idarəetməni itirmiş və nəticədə qəza olmuşdu. Qəza nəticəsində 5 ekipaj və 18 sərnişindən yalnız bir nəfər xəsarət almış, ölən olmamışdı. 14 iyun 1972-ci ildə Yaponiya Hava Yollarına məxsus təyyarə 471 nömrəli uçuşu həyata keçirərkən Palam Hava Limanına eniş vaxtı qəzaya uğramışdır. Nəticədə 76 sərnişindən 72-si, 11 ekipaj üzvündən 10-u həmçinin 3 nəfər də yerdə ölmüşdü. 31 may 1973-cü ildə Hindistan Hava Yollarına məxsus təyyarə 440 nömrəli uçuşu həyata keçirərkən Palam Hava Limanı eniş vaxtı qəzaya uğramışdır. 65 sərnişin və ekipaj üzvündən 48-i ölmüşdü. 7 may 1990-cı ildə Air India Hava Yoluna məxsus Boeing 747 tipli təyyarə London-Delhi-Mumbay reysini həyata keçirərkən texniki nasazlıq ucbatından İndira Qandi Beynəlxalq Hava Limanına məcbur eniş etməli olmuşdu. Sərnişin və ekipaj üzvünə heç bir şey olamsa da, təyyarəyə böyük maddi ziyan dəymişdi. 12 noyabr 1996-cı ildə Saudia Hava Yoluna məxsus 763 nömrəli uçuşu həyata keçirən Boeing 747-100 tipli təyyarə ilə Qazağıstan Hava Yoluna məxsus 1907 nömrəli uçuşu həyata keçirən Ilyushin Il-76 tipli təyyarə havada toqquşmuşdu. Toqquşma nəticəsində hər iki təyyarənin bütün uçuş heyəti daxil olmaqla 349 nəfər ölmüşdü.
İstinadlar
Kateqoriya:Hindistan hava limanları