Qara uzunbığ () — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Təhlükə həddinə (VU) yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər.
Təsviri Bədəni qara rəngdə olub, 16–38 mm uzunluqdadır. Qanad üstlükləri və ön döşün üzəri dənəvərdir. Qanadüstlüklərin üzərində qara ləkələr vardır.Самедов Н.Г. Об охране некоторых групп и видов жесткокрылых Ленкоранской зоны Азербайджана. Об охране насекомых, Ереван, 1976, Изд.АН Армянской ССР, с. 103 - 107;
Yayılması Krım, Qafqaz, Cənubi Qafqaz; Türkiyə, Şimali İranda rast gəlinir. Azərbaycanda Bakı, Abşeron, Zaqatala, Lənkəran, Astara və Yardımlı rayonlarında rast gəlinir. Ölkəmizdə bu böcəyin Morimus vercundus yarımnövü yayılmışdır.
Həyat tərzi Sürfələr müxtəlif enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağı və qabığı altında yaşayırlar. Puplaşma yazda və yayda baş verir. Generasiya 2 ildən az deyildir. İmaqo apreldə və sentyabrda təbiətdə görünür.
Sayı 1925-ci ildə V.Nazarov tərəfindən Lənkəranda 1 fərd, 1928 - ci ildə P.Alekseyev tərəfindən Lənkəranda 1 fərd, 1929-cu ildə K.Predum tərəfindən Lənkəranda 2 fərd, A.V.Boqaçev tərəfindən Lənkəranda 2 fərd, V.Ulyanovtsev tərəfindən Bakıda 1 fərd, 1936-cı ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 8 fərd, 1948-ci ildə A.Axundova tərəfindən Bakıda 15 fərd, 1956-cı ildə N.H.Səmədov tərəfindən Astarada 1 fərd, 1958-ci ildə N.H.Səmədov tərəfindən Yardımlıda 3 fərd, 1967-ci ildə A.Axverdiyev tərəfindən Lənkəranda 1 fərd, 2003-cü ildə X.Ə.Əliyev tərəfindən Lənkəranda 1 fərd, 2008-ci ildə İ.Q.Kərimova tərəfindən Abşeronda 1 fərd, 2009-cu ildə X.Ə.Əliyev tərəfindən Abşeronda 1 fərd, 2011-ci ildə İ.Q.Kərimova tərəfindən Lənkəranda 2 fərd, 2012-ci ildə İ Q.Kərimova tərəfindən Zaqatalada 4 fərd, 2012-ci ildə N.Y.Sneqovaya tərəfindən Lənkəranda 1 fərd qeydə alınmışdır.Kərimova İ.Q. Abşeronda yayılmış uzunbığ böcəklər (Coleoptera,Cerambycidae) \\ Azərbaycan Zooloqlar Cəmiyyyətinin əsərləri, I cild, Bakı, Elm, 2008, s. 200 - 206;
Yarımnövləri Morimus asper asper (Sulzer, 1767) Morimus asper funereus Mulsant, 1863 Morimus asper ganglbaueri Reitter, 1884 Morimus asper verecundus (Faldermann, 1836)
Məhdudlaşdırıcı amillər Meşələrin qırılması.
Qorunması üçün qəbul edilmiş tədbirlər Heç bir tədbir görülməyib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Böcəyin yaşadığı ərazilərdə qurumuş ağaclar kəsilməməli, yarı çürümüş kötüklər ərazidən çıxarılmamalıdır. Orta məktəblərə şagirdlərin də qoruma tədbirlərinə qoşulmasından ötrü təbliğat işləri aparılmalıdır.
Həmçinin bax Morimus (cins)
İstinadlar
Ədəbiyyat Kərimova İ.Q. Abşeronda yayılmış uzunbığ böcəklər (Coleoptera,Cerambycidae) \\ Azərbaycan Zooloqlar Cəmiyyyətinin əsərləri, I cild, Bakı, Elm, 2008, s. 200 - 206; Самедов Н.Г. Об охране некоторых групп и видов жесткокрылых Ленкоранской зоны Азербайджана. Об охране насекомых, Ереван, 1976, Изд.АН Армянской ССР, с. 103 - 107; Данилевский М.Л., Мирощников А.И., Жуки - дровосеки Кавказа (Coleoptera, Cerambycidae). Опеделитель. Краснодар, 1985, с. 94. Müller, Josef 1949: "I Coleotteri della Venezia Giulia. Catalogo ragionato, Vol. II: Coleoptera Phytophaga" Trieste Centro Sperimentale Agrario e Forestale publicazione n.4 1953.
Xarici keçidlər Biolib Fauna Europaea Worldwide Cerambycoidea Photo Gallery
Kateqoriya:Uzunbığlar Kateqoriya:Avropa faunası