thumb|230px|Abidə Bern, İsveçrə. Mətnin oxunuşu"Union Télégraphique Internationale fondée à Paris en 1865 sur l'initiative du gouvernement français. Érigé par décision de l'Union Télégraphique prise à la conférence internationale de Lisbonne en 1908."
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTI; ) ilk adı "Beynəlxalq teleqraf İttifaqı"'() — BMT-nin ixtisaslaşmış qurumu. Beynəlxalq teleqraf İttifaqı kimi 1865-ci ildə yaradılıb 1947-ci ildə BMT-nin ixtisaslaşdırılmış qurumuna çevrilmişdir.
Təsis edilməsi 1865-ci ildə, 20 avropa dövlətinin qərarı əsasında teleqraf qovşaqlarının birləşdirilməsi və avadanlıqların standartlaşdırılmasının ümumi qaydalarını (hansı ki, onların qarşılıqlı qoşulmasına imkan verir) razılaşdırmaq üçün yaradılmışdır.
Azərbaycan-BTİ münasibətləri Azərbaycan Respublikası 10 aprel 1992-ci il tarixində BTİ-yə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətləri il ərzində BTİ çərçivəsində keçirilən iclaslarda iştirak edir. Eyni zamanda, BTİ nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına rəsmi səfərləri olmuşdur.
5-9 oktyabr 2009-cu il tarixində Cenevrə şəhərində keçirilmiş “ITU Telecom World” sərgi və forumunda Azərbaycan Respublikasının müvafiq dövlət qurumları və İKT şirkətlərindən ibarət geniş nümayəndə heyəti iştirak etmiş və ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr, xidmətlər, o cümlədən problemlərin həlli yolları barədə məlumatlar Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir.
20 oktyabr – 7 noyabr 2014-cü il tarixində Koreyanın Pusan şəhərində keçirilmiş BTİ-nin növbəti Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan 94 səs toplayaraq ilk dəfə olaraq 4 il müddətinə Şərqi Avropa və Şimali Asiya regionundan BTİ Şurasına üzv seçilmişdir.
29 noyabr – 2 dekabr 2016-cı il tarixlərində BTİ-nin baş katibi H.Çjao Bakı şəhərində keçirilmiş Bakutel 22-ci Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmiş və ölkəmizə səfəri çərçivəsində ölkə rəhbərliyi tərəfindən qəbul olunmuşdurrAzərbaycan - Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) münasibətləri.
BTİ ilə Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq, faydalı və işgüzar münasibətlər nəzərə alınaraq, 2015-ci ildə BTİ-nin 150-ci ildönümünü münasibətilə ölkəmiz təşkilatın 3 “Qızıl Tərəfdaş”ından biri seçilmişdir.
İstinadlar
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xarici keçidlər http://www.itu.int/net/home/index.aspx http://old.mincom.gov.az/new/beynelxalq/telekom/default.aspx?lg=3#1
Kateqoriya:Telekommunikasiya Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:17 mayda yarananlar Kateqoriya:1865-ci ildə yarananlar Kateqoriya:BMT Kateqoriya:Beynəlxalq Telekommunikasiya İttifaqı Kateqoriya:Rəqəmsal bərabərsizlik Kateqoriya:İnternetin idarə olunması təşkilatları Kateqoriya:Standartlaşdırma təşkilatları