İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.88 və İnəkli kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.101, Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.102 qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilirHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.284.
Toponim oğuz tayfalarından olan inək etnoniminəКононов А.Н. Родословная туркмен. Сочинение Абул Гази хана Хивинского, М. Л., Издство АН СССР, 1958. s.57 mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindəntayfasından, elindən olan Bekdez, o biri - İqdir ilindəntayfasından olan Dünkə idi». A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdirКононов А.Н. Родословная туркмен. Сочинение Абул Гази хана Хивинского, М. Л., Издство АН СССР, 1958. s.99. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.XII.1948 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Antarut qoyulmuşdur.
Əhalisi 1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə azərbaycanlılar deportasiya olunmuş və bura İranın Xoy, Salmas vilayətlərindən, Türkiyənin Van vilayətindən ermənilər köçürülərək yerləşdirilmişdir.
İstinadlar
Kateqoriya:Karbi kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri