Patrinc, Voskehat — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Rayon mərkəzindən 8 km masafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Batrınc formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.37 qeyd edilmişdir.

Toponim urartu dilində «şəhər» mənasında işlənən patar sözüКапанцян Гр. Обшие элементы между урартским ихеттским языкам, Эриван, ГИЗ ССРА, 1936. s.71 əsasında yaranmışdır. Ənənəyə görə, Patrinc adı kənddə tapılan Patrinc çiçəyinin adından yaranmışdır.Փաթրինջ-Ոսկեհատ

Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin I. XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeat qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 51 nəfər, 1873 - cü ildə 327 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 463 nəfər, 1908-ci ildə 526 nəfər, 1914 - cü ildə 640 nəfər, 1916-cı ildə 599 nəfər,Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. 22-23, 108-109, 1918-ci ildə 526 nəfər,История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.218, 1919 - cu ildə 310 nəfərQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 108-109 yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ilin yazında kəndin köklü sakinləri olan azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya edilərəkИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.221 kəndə ermənilər yerləşdirilmişdirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 108-109.

İstinadlar

Kateqoriya:Karbi kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri