"QS World University Rankings" — dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.Lamiyə Əliyeva, Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi , "Azərbaycan müəllimi" qəzeti, 26. noyabr 2010, № 46.
QS-in reytinq portfeli genişləndirilərək QS Dünya Universitet Reytinqləri, QS Fənlər üzrə Dünya Universitet Reytinqləri, dörd regional reytinq cədvəli (o cümlədən Asiya, Latın Amerikası və Karib Hövzəsi, Avropa və Ərəb Regionu), bir neçə MBA reytinqi və QS Ən Yaxşı Tələbə Şəhərləri Reytinqlərindən ibarət olmuşdur. 2022-ci ildə QS "QS World University Rankings: Sustainability" (Davamlılıq üzrə QS Dünya Universitet Reytinqləri), 2023-cü ildə isə "QS World University Rankings: Europe" (Avropa üzrə QS Dünya Universitet Reytinqləri) layihələrini təqdim etmişdir.
Bu reytinqlər növbəti akademik il üçün universitetlərin fəaliyyətini əks etdirmək və qiymətləndirmək məqsədilə hazırlanır. Buna görə də adətən tərtib edildiyi ildən sonrakı ilin tarixi ilə adlandırılır.
QS reytinqləri, "Academic Ranking of World Universities" (Dünya Universitetlərinin Akademik Reytinqləri) və "Times Higher Education World University Rankings" ilə birlikdə dünyanın ən çox oxunan universitet reytinqlərindən biri hesab olunur. Alexa Internet məlumatına görə, QS-in reytinqləri dünyada ən çox baxılan universitet reytinq sistemidir.
Tarixi QS () 1990-cı ildə Nuntsio Kvakvarelli tərəfindən xaricdə təhsil almaq istəyən tələbələrə məlumat və məsləhət vermək məqsədilə yaradılmışdır. O vaxtdan bəri şirkət ali təhsilə yönəlmiş daha geniş çeşidli məhsul və xidmətləri əhatə edəcək şəkildə genişlənmiş və 2004-cü ildə THE () ilə əməkdaşlıq edərək THE–QS Dünya Universitet Reytinqlərini yaratmışdır.
Beynəlxalq universitet reytinqinə olan ehtiyac 2003-cü ilin dekabrında Riçard Lambert tərəfindən Böyük Britaniya Maliyyə Nazirliyi () üçün hazırlanmış universitet-sənaye əməkdaşlığı haqqında hesabatda vurğulanmışdır.Lambert Review of Business-University Collaboration (since archived)Hesabatda göstərilən tövsiyələrdən biri də dünya universitetlərinin reytinqinin aparılması idi. Lambert qeyd edirdi ki, bu cür reytinqlər Böyük Britaniyanın universitetlərinin qlobal mövqeyini müəyyənləşdirməyə kömək edəcək.
2004–2009-cu illər arasında QS bu reytinqləri THE ilə birgə hazırlamışdır. 2009-cu ildə THE öz reytinqini – Times Higher Education World University Rankings – Thomson Reuters ilə əməkdaşlıqda hazırlayacağını elan etdi. THE bu qərarı verərkən, əvvəlki reytinq metodologiyasının zəifliyini və elmlərə humanitar fənlərdən üstünlük verildiyini əsas səbəblər kimi göstərmişdir.THE və Thomson Reuters yeni metodologiya hazırlayaraq ilk Times Higher Education Dünya Universitet Reytinqlərini 2010-cu ilin sentyabrında dərc etmişdir.
QS reytinq nəticələrini dünya mediasında dərc edir və Böyük Britaniyada "The Guardian", Cənubi Koreyada isə "Chosun Ilbo" kimi bir sıra media qurumları ilə tərəfdaşlığa malikdir. QS-in THE-dən müstəqil şəkildə və öz metodologiyasına əsaslanaraq hazırladığı ilk reytinqlər 2010-cu ilin sentyabrında, ikinci reytinqlər isə 2011-ci ilin sentyabrında yayımlanmışdır. QS öz reytinqlərini universitetlərin əsas missiyalarını əks etdirdiyinə inandığı dörd əsas aspekt üzrə qiymətləndirmək üçün tərtib etmişdir:
Tədris Tədqiqat Məzunların işə düzəlmə potensialının artırılması Beynəlmiləlləşmə.
QS Avropa, Asiya və Amerika qitələrində ofislərə malikdir və tələbə qəbulu, tədbirlər, eləcə də məsləhət xidmətləri ilə bağlı məhsul və xidmətlər təqdim edir.
2022-ci ildə şirkətin qurucusu Nuntsio Kvakvarelli QS-in prezidenti təyin edilmişdir. Cessika Terner isə firmanın baş icraçı direktoru (CEO) kimi fəaliyyət göstərir və QS-in əməliyyatlarına və strategiyasına cavabdehdir.
Ümumi reytinq + QS World University Rankings—Top 502016/172015/162014/152013/142012/132011/122010/11Ali məktəbÖlkə1111135Massaçusets Texnologiya İnstitutu2377151113Stenford Universiteti3242322Harvard Universiteti4323251Kembric Universiteti5581010129Kaliforniya Texnologiya İnstitutu6656516 Oksford Universiteti7754474 London Universitet Kolleci891212131818İsveçrə Federal Texnologiya İnstitutu9825667London İmperial Kolleci1010119888Çikaqo Universiteti111191091310Prinston Universiteti12122224252831Sinqapur Milli Universiteti13133941475874Nanyanq Texnoloji Universiteti14141719293532Lozanna Federal Politexnik Məktəbi1515108743Yel Universiteti 16171915141516Kornel Universiteti17161416161617Con Hopkins Universiteti1818131312912Pensilvaniya Universiteti19211717212022Edinburq Universiteti20221414111011Kolumbiya Universiteti21191619262721London Kral Kolleci22192527242620Avstraliya Milli Universiteti23302322171415Miçiqan Universiteti24254748484754Tsinxua Universiteti24292523201914Dyuk Universiteti26323429272426Şimal-Qərb Universiteti27302826232223Honkonq Universiteti28262725222128Berkli Kaliforniya Universiteti29333033322930Mançester Universiteti30242121181719MakGill Universiteti31273740313435Los-Anceles Kaliforniya Universiteti32342017192329Toronto Universiteti33232428343333Paris Ali Normal Məktəbi34393132302524Tokio Universiteti35363135374250Seul Milli Universiteti36284034334040Honkonq Elm və Texnologiya Universiteti37383635353225Kyoto Universiteti3735716869----London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi39415746444647Pekin Universiteti4044596370----San-Diyeqo Kaliforniya Universiteti41372930283027Bristol Universiteti42423331363138Melburn Universiteti43------------Fudan Universiteti44------------Honkonq Çin Universiteti45504349455144Britaniya Kolumbiyası Universiteti46453738393837Sidney Universiteti46------------Nyu-York Universiteti4643516063----Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu49464852523939Yeni Cənubi Uels Universiteti49495247423939Braun Universiteti 2010-cu ildən əvvəlki reytinq nəticələri üçün THE–QS World University Rankings məqalələrinə baxın: Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2004) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2005) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2006) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2007) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2008) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2009)
2018 - 2025-ci illər
+ QS World University Rankings: Global Top 25 Institution 2025 2024 2023 2022 2021 2020 2019 2018 MIT 1 1 1 1 1 1 1 1 London İmperial Kolleci 2 6 6 7 8 9 8 8 University of Oxford 3 3 4 2 5 4 5 6 Harvard Universiteti 4 4 5 5 3 3 3 3 Kembric Universiteti 5 2 2 3 7 7 6 5 Stenford Universiteti 6 5 3 3 2 2 2 2 FTİ 7 7 9 8 6 6 7 10 Sinqapur Milli Universiteti 8 8 11 11 11 11 11 15 London Universitet Kolleci 9 9 8 8 10 8 10 7 Kaliforniya Texnologiya İnstitutu 10 15 6 6 4 5 4 4 Pensilvaniya Universiteti 11 12 13 13 16 15 19 19 Berkli Kaliforniya Universiteti 12 10 27 32 30 28 27 27 Melburn Universiteti 13 14 33 37 41 38 39 41 Pekin Universiteti 14 17 12 18 23 22 30 38 Nanyanq Texnoloji Universiteti 15 26 19 12 13 11 12 11 Kornell Universiteti 16 13 20 21 18 14 14 14 Honkonq Universiteti 17 27 21 22 22 26 25 26 Sidney Universiteti 18 20 41 38 40 42 42 50 Yeni Cənubi Uels Universiteti 19 19 45 43 44 43 45 45 Tsinxua Universiteti 20 25 14 17 15 16 17 25 Çikaqo Universiteti 21 11 10 10 9 10 9 9 Prinston Universiteti 22 18 17 20 12 13 13 13 Yel Universiteti 23 16 18 15 17 17 15 16 Paris Sciences et Lettres 24 24 26 44 52 53 50 Toronto Universiteti 25 21 35 26 26 30 28 31
Azərbaycan və QS Dünya Universitet Reytinqləri Azərbaycan universitetləri QS World University Rankings və onun müxtəlif alt kateqoriyalarında iştirak etməyə başlayıb. Son illərdə Bakı Dövlət Universiteti (BDU), ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi ali təhsil müəssisələri QS reytinq sistemində yer almağa başlayıb.
QS World University Rankings: Emerging Europe & Central Asia (EECA) reytinqində Azərbaycan universitetləri Şərqi Avropa və Mərkəzi Asiya regionunda öz mövqelərini möhkəmləndirməyə çalışır. Reytinqlərdə universitetlər akademik nüfuz, işəgötürənlərin rəyi, məqalə sitatları, beynəlxalq əməkdaşlıq və tələbə-müəllim nisbəti kimi müxtəlif göstəricilər əsasında qiymətləndirilir.
Azərbaycan universitetlərinin QS reytinqində yüksək yerlərə yüksəlməsi üçün beynəlxalq elmi tədqiqatların artırılması, müəllim heyətinin beynəlmiləlləşməsi, məzunların işə düzəlmə göstəricilərinin yaxşılaşdırılması və dünya miqyasında akademik əməkdaşlıqların genişləndirilməsi kimi sahələrdə inkişaf vacibdir.
Həmçinin bax Times Higher Education–QS World University Rankings Times Higher Education World University Rankings Academic Ranking of World Universities
İstinadlar
Xarici keçidlər
Full rankings 2011/12 Interactive maps comparing the QS World University Rankings with the Academic Ranking of World Universities and Times Higher Education rankings QS Intelligence Unit Blog , a blog on rankings and higher education from the team that compiles QS World University Rankings universityrankings.ch: Comparison and results of QS World University Rankings, Shanghai Ranking, Leiden Ranking and Times Higher Education Ranking
Kateqoriya:Universitet reytinqləri Kateqoriya:2004-cü ildə yarananlar