Möcüzə — rejissoru və ssenaristi Mahsun Qırmızıgül olan 2014-cü il istehsalı film. Film 1 yanvar 2015-ci ildə kinoteatrlarda göstərilmişdir. Çəkilişləri Foça, Qars, Uşak və Kağızmana bağlı bir kənddə aparılmışdır.
Məzmun
Film 1961-ci ildə baş vermiş gerçək hekayəyə əsaslanır. Çox rahat şəraiti olan sahil qəsəbəsindən Anadolunun dağ kəndinə təyin olunan Mahir müəllimin kəndə gəlməsi ilə kəndlilər uşaqlarının savadlancağına ümid edirlər. Lakin kənddə təhsil üçün məktəb binası belə yoxdur. Mahir qızların da məktəbə göndərilməsi şərti ilə kənddə qalmağı qəbul edir. Kəndxudanın Aziz adlı əngəlli oğluna da dərs verən Mahir onun inkişafına səbəb olur. Kəndxuda Azizdən başqa bütün övladlarını evləndirmişdir. Azizin evlənmək istəyini atası hər dəfə rədd etmək məcburiyyətində qalır. Kəndxuda şəhərdə olarkən bir nəfərin sui-qəsddən sağ çıxmasına səbəb olur. Həmin insan yaxşılığın əvəzini vermək üçün qızını onun oğluna verəcəyini bildirir. Lakin kəndxuda oğlunun şikəst olduğunu deyir. O, isə "qəlbi şikəst olmasın" deyir və qızını Azizə ərə verir. Aziz evləndikdən sonra kəndlilərin ələ salmalarına dözə bilmir və kənddən qaçır. Mahir də təyini bitdiyi üçün kəndi tərk edir. 7 il sonra Mahir kəndə Aziz və onun 2 uşağı ilə qayıdır. Hamı Azizin tamamilə sağalmasına təəccüb edir və ondan əməliyyat olunub olunmadığını soruşur. Aziz isə "xeyr mən sadəcə arvadıma aşiq oldum" deyir.
Rollarda Mahsun Qırmızıgül Talat Bulut — Muallim Mahir Ali Sürmeli — Haydar Mert Turak — Aziz Seda Tosun — Mızgin Zafer Alpat — Zafer Ögretmen Meral Çetinkaya — Hazar Serpil Gül — Güle'nin annesi Berivan Kahraman — Sare Büşra Pekin — Gülten (Güle) Cezmi Baskın — İsa Dilek Denizdelen — Rinde Doğukan Polat — Feyzi Erdem Yener — Celal Erol Demiröz — Muhtar Eylem Yıldız — Hanım Haki Biçici — Minibüs şoförü Çisil Oral — Kız İlke Aycan Şener — Mahir'in kızı Meriç Benlioğlu - Metin Yıldız — Nevzat Nazmi Kırık — Şemsettin Nilgün Karababa — Bese Nisa Melis Telli — Ceren (Mahirin kzı) Özgür Özdemir — Reyhan Ulu Ekinci — Şemsettinin eşi Rosi Barbarosa — Hakim Sinan Bengier — Hasan Şenay Aksoy — Roşnanın annesi Şenay Gürler — Cemile Tansel Öngel — misafir oyuncu Yıldız Kültür — Hene Cihat Tamer — Milli Eğitim müdirü Serhat Çağlayan
İstinadlar
Kateqoriya:Türkiyə filmləri Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Əlillik haqqında filmlər Kateqoriya:1960-cı illər haqqında filmlər Kateqoriya:Real hadisələr əsasında çəkilmiş dram filmləri