35px Seyşel adaları 270pxReytinqdə sırası 104 (2014 yanvar ayı üçün)FIVB Senior World Ranking — Women As per January 2014 Konfederasiya CAVB Federasiya SVF İnternet Saytı -23px Afrika çempionatıİştirakı 2 dəfə (debütü 2001-ci il)Ən yaxşı nəticəsi çempion: 2001
Seyşel adaları qadın milli voleybol komandası — Afrika çempionluğu yaşamış milli komanda. Seyşel adaları Voleybol Federasiyasının nəzarəti ilə Afrika Voleybol Konfederasiyasının təşkilatçılıq etdiyi və digər yarışlarda öz ölkəsini təmsil edir.
Tarixi Seyşel adaları 14 dəfə təşkil edilən Afrika çempionatına yalnız 2 dəfə vəsiqə qazana bilmişdir. 2001-ci ildə ilk dəfə bu turnirə vəsiqə qazanan komandanın turnirdə nə edəcəyi böyük maraq doğururdu. Debüt ilindəcə heç kimin gözləmədiyi bir anda çempionluq yaşayan Seyşel adaları qadın millisi tarixi nailiyyət əldə etmişdi. Bu böyük sensassiya Seyşel adalarınının milli komandalar çərçivəsində qazandığı ilk uğur idi. Yaşanan çempionluq bu kiçik ada ölkəsinin idmanı üçün, hətta tarixi üçün önəmli bir uğur idi. İki il sonra keçirilən qitə çempionatında da iştirak edən yığma bir daha bu tip nüfuzlu yarışlara qatıla bilməmişdir.
Seyşel adalarının iştirak etdiyi başqa bir turnir isə Afrika Oyunlarıdır. Son dörd Afrika Oyunlarının hamısına qatılmağı bacaran Seyşellərin bu turnirdəki ən böyük uğuru 2007-ci ildə yarımfinal oynamasıdır. Yarımfinaldan sonra üçüncülük matçını da məğlub olan milli komanda ilk Afrika Oyunları medalının bir addımlığında büdrəmişdi. Seyşel adalarının ən uğurlu çıxış etdiyi turnir isə nüfuz cəhətdən çox aşağı izləyici kütləsinə malik Hind Okeanı hövzəsi ölkələrinin olimpiadasıdır. Belə ki, ada ölkəsi 2003 və 2011-ci illərdə bu turniri birinciliklə bitirmiş, 2007-ci ildə isə kiçik olimpiadanın gümüş medalını qazanmışdır.
Əsas turnirlərdə qazandığı nəticələr
Afrika Çempionatı İl Təşkilatçı ölkə Nəticəsi 1976 təsnifat keçilmədi 1985 təsnifat keçilmədi 1987 təsnifat keçilmədi 1991 təsnifat keçilmədi 1993 Nigeriya təsnifat keçilmədi 1995 20px Naməlum təsnifat keçilmədi 1997 20px Naməlum təsnifat keçilmədi 1999 Nigeriya təsnifat keçilmədi 2001 Nigeriya 16pxQızıl medal 2003 6-cıyer 2005 Nigeriya təsnifat keçilmədi 2007 təsnifat keçilmədi 2009 Əlcəzair təsnifat keçilmədi 2011 təsnifat keçilmədi 2013 təsnifat keçilmədi
Digər turnirlərdə qazandığı nəticələr
Afrika Oyunları İl Təşkilatçı şəhər Nəticəsi 1978 Əlcəzair təsnifat keçilmədi 1987 Nayrobi təsnifat keçilmədi 1991 Qahirə təsnifat keçilmədi 1995 Harare təsnifat keçilmədi 1999 Yohannesburq 5-ciyer 2003 Abuca 6-cıyer 2007 Əlcəzair 4-cüyer 2011 Maputu 7-ciyer
İstinadlar
Kateqoriya:Milli voleybol komandaları Kateqoriya:Seyşel adaları milli idman komandaları Kateqoriya:Seyşel adalarında voleybol Kateqoriya:Afrika milli voleybol komandaları Kateqoriya:Milli qadın voleybol komandaları