right|thumb|Muammər Qəddafi Cəmahiriyyə() — ərəb termini olub, əsasən "Kütlələrin dövləti" kimi tərcümə edilir.Lisa Anderson "Libya — The Socialist People's Libyan Arab Jamahiriya" Bu termin Muammər Qəddafinin 1975-ci ildə nəşr olunan "Yaşıl Kitab"ında qeyd edilmişdir. "Cəmahiriyyə" ("kütlə", "kütlələrin" mənası verir) sözü ilk dəfə yalnız 1981-ci ildə nəşr edilən kitabın üçüncü hissəsində istifadə edilmişdi. Bu ifadə — إن الحركات التاريخية هي الحركات الجماهيرية (Inna al-ḥarakāt at-tārīkhīyah hiya al-ḥarakāt al-camāhīrīyah) şəklində idi və mənası "Tarixi axın kütlələrin axınıdır" idi.
Cəmahiriyyə sözü ərəb dilində "respublika" mənası verən "cümhuriyə" sözündən törəmişdir. İctimaiyyət, camaat mənası verən "cümhur" sözünün cəmi "kütlə" mənasına gələn "cəmahir" sözüdür. Cəmahiriyyə sözü "Kütlənin Respublikası" mənasını verir. Bu sözün xeyli müddət tərcümə edilməməsinə baxmayaraq, sonda Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi şəklinə gəldi.
Reyqan hökumətinin 1986-cı il bombalamasından sonra Qəddafi ölkənin rəsmi adının əvvəlinə "Böyük" (العظمى, al-‘Uẓmá) sözünü əlavə etdi.
Cəmahiriyyəyə keçid (1973–1977) left|thumb|Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin BayrağıQəddafinin ideoloji fikirlərini ehtiva edən "Liviya cəmiyyətinin yenidən qurulması"nın rəsmi olaraq tətbiq edilməsi 1973-cü ildə başlanan mədəni və ya ictimai inqilab vasitəsilə başlandı. Bu inqilab bürokratik geriliklə mübarizəni, xalqın ehtiyacı ilə maraqlanmağı, altmilli hökumət idarəçiliyində iştirakı və milli siyasi koordinasiya problemlərini nəzərdə tuturdu. Qəddafi yurddaşlarında inqilabi şövq yaratmaq, onları böyük çoxluqla siyasi işlərə dəvət etmək üçün, onları ənənəvi hakimiyyəti dəyişməyə və hakimiyyət orqanlarını yenidən təşkil etməyə dəvət etdi. Bunu etmək üçün "Xalq Komitəsi" yaradıldı. Bir neçə ay içərisində Liviyanın hər yerində bu cür komitələr yaradıldı. Onlar funksional və coğrafi mərkəzli idilər, yerli və regional idarəçiliyə nəzarət edirdilər. Xalq Komitələri bir-birindən fərqli təşkilatlarda — universitetlərdə, ticarət şirkətlərində, bürokratik idarəçilikdə, media bazalarında qurulmuşdu. Coğrafi əsaslı komitələr quberniya, bələdiyyə və bölgə (aşağı) səviyyələrinə bölünmüşdülər. Bölgə səviyyəli xalq komitələrində yerlər xalq seçkiləri vasitəsilə doldurulurdu, bu şəkildə seçilən üzvlər sonradan daha yuxarı vəzifəyə seçilə bilərdilər. 1973-cü ilin ortalarında xalq komitələrinin sayı təxminən 2000-ə çatırdı.
Qəddafi inzibati və tənzimləyici vəzifələri çərçivəsində və üzvlərinin seçilmə metodu ilə xalq komitələrinin birbaşa demokratiya anlayışını ehtiva etdiyini 1975-ci ildə nəşr olunan "Yaşıl Kitab"ının birinci cildində qeyd etdi. Bu anlayış yeni siyasi quruluşdan ibarət "xalq konqresləri"nin yaradılması fikrini irəli çıxardı. Yeni sistemin mərkəzində Baş Xalq Konqresi dururdu.
Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi (1977–2011) right|thumb|100px|Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Gerbi1977-ci il martın 2-də Qəddafinin əmri ilə Baş Xalq Konqresi "Xalq Hakimiyyətinin Qurulması Bəyannaməsini" qəbul etdiEMERglobal Lex. "Edinburgh Middle East Report" və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin ("اَلْجَمَاهِيرِيَّة اَلْعَرَبِيَّة اَللِّيبِيَّة اَلشَّعْبِيَّة اَلإِشْتِرَاكِيَّة: Libya", 27 fevral 2011, al-Jamāhīrīyah al-‘Arabīyah al-Lībīyah aş-Şa‘bīyah al-Iştirākīyah) qurulduğunu bəyan etdilər. Qəddafinin rəsmi siyasi fəlsəfəsi olan Cəmahiriyyə ölkədə unikal quruluş idi, lakin tətbiq edilməyə Üçüncü Beynəlxalq Nəzəriyyə ilə başlanıldı və Qəddafi tərəfindən bütün Üçüncü Dünyaya təklif edildi. Qəddafi özünü Lider (Qā’id) adlandırdı və hörmət əlaməti olaraq "Qardaşcasına Lider və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Birinci Sentyabr Böyük İnqilabının Bələdçisi" ünvanını qəbul etdi. Liviya hökuməti bildirdi ki, Liviya Cəmahiriyyəsi hər hansı siyasi partiyalar olmadan, yerli xalq şuraları və qurumları ("Əsas Xalq Konqresləri" adlanırdı) vasitəsilə idarə edilən birbaşa demokratiyadır.
1979-cu ildən sonra rəsmi siyasi mərkəzi olmasa da, Qəddafi ölkə üzərindəki mütləq idarəçiliyi icra etməyə başladı.Protesters Die as Crackdown in Libya Intensifies, The New York Times, 20 fevral 2011 Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin himni Allahu Əkbər () adlanırdı.
İstinadlar
Ədəbiyyat Muammər Qəddafi "Yaşıl Kitab" Xalq Hakimiyyətinin Qurulması Bəyannaməsi
Kateqoriya:Liviya tarixi Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Siyasi ideologiyalar Kateqoriya:1977-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Respublikalar