Samir Rafiq oğlu Nuriyev () — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (2019-cu ildən), həqiqi dövlət müşaviriAzərbaycanda ən yüksək rütbələri kimlər daşıyır? – ADLAR.
Həyatı Samir Nuriyev 1975-ci il martın 9-da Bakı şəhərində anadan olub. İlk təhsilini 1981–1991-ci illərdə Bakı şəhərindəki 225 saylı orta məktəbdə alıb. 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003–2005-ci illərdə Amerika Birləşmiş Ştatlarının Dyuk Universitetində təhsil alıb və beynəlxalq inkişaf siyasəti ixtisası üzrə magistr dərəcəsi alıb.
Evlidir. Üç övladı var.
Əmək fəaliyyəti Samir Nuriyev 1996–2003-cü illərdə müxtəlif özəl şirkətlərdə çalışıb, həmçinin 2000–2001-ci illərdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyində "Azərbaycanda kiçik və orta özəl müəssisələrin inkişafına yardım" layihəsi üzrə məsləhətçi olub. 2006-cı ildən 2009-cu ilədək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışıb, əvvəlcə Sahibkarlığın İnkişafı Departamentinin direktor müavini, direktoru, daha sonra isə nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2013-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi verilib.
2024-cü il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncamı ilə Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin edilib.
İctimai fəaliyyəti 2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.
İstinadlar
Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisləri Kateqoriya:Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərləri Kateqoriya:Azərbaycanın dövlət xadimləri