Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır.

27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 iyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır.

Həmin vaxt baş nazir olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu hadisələr barədə bir açıqlamasında etirazlardakı şəxslərə qarşı "sürtük" ifadəsindən istifadə etmişdir və bu, qalmaqal yaratmışdır. Hüquqçu, təqaüdçü məhkəmə hakimi və Türkiyə Hakimlər Birliyinin İdarə Heyətinin keçmiş üzvü İbrahim Fikri Talman bunun açıq-aşkar təhqir olduğunu bildirmiş və qeyd etmişdir ki, o, hətta bu ifadəyə görə məhkəməyə belə verilə və buna görə qadınlar tərəfindən ona qarşı təzminat işi də açıla bilər.

Arxa plan

Türkiyədə ətraf mühiti məsələsinin vacibliyi 2010-cu ildən artırmağa başlayıb. O zaman, hökumətin Sinopda AES, İstanbulda isə üçüncü körpünü tikməyə qərarı İstanbulda və Ankarada etirazlara səbəb olmuşdu. AKP dövründə inşanat ölkə iqtisadiyyatında çox vacib rol oynamağa başlayıb. Lakin, eyni zamanda bir sıra layihə yerli əhalinin marağlarını nəzərə almayaraq icra olunurdu.

Biblioqrafiya Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey. Keele European Research Centre: Keele, UK.http://www.keele.ac.uk/journal-globalfaultlines/publications/geziReflections.pdf

İstinadlar

Kateqoriya:2013-cü ildəki hadisələr Kateqoriya:2013-cü ildə Türkiyə