Oleq Xabalov () — aktyor, Rusiyanın Əməkdar artisti, Şimali Osetiyanın xalq artisti.

Həyatı Oleq Timofeyeviç Xabalov 1933-cü il aprelin 21-də anadan olmuşdur.

1958-ci ildə Şimali Osetiyadakı Şukin adına Ali teatr məktəbini bitirmişdir. Bundan sonra isə Rusiya Teatr İncəsənəti İnstitutunu rejissorluq fakültəsindən məzun olmuşdur.

Oleq Xabalov Moskvadakı "Romen" Qaraçı Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. O, rejissor olaraq Jan Lui Ronkoroninin "Kişilər bazar günü", İvan Rom-Lebedevin "Yolda", Nikolay Çerkaşinin "Gitarasız tabor", V. Rayskinin "Ovsunlar" və Roman Sonçevin "Qayıdış" tamaşalarını səhnələşdirmişdir.

Onun quruluş verdiyi "Dövlət evində söhbət" adlı tamaşa isə xüsusi ilə böyük uğur qazanıb. Tamaşada rejissor olmaqla bərabər Oleq Xabalov həm də Stanislav Rodionovun "Kriminal istedad" povestinin motivlərini də yenidən işləyib. Ümumiyyətlə, teatr fəaliyyətinin sonrakı dövründə Oleq Xabalov bir çox rollarda "Trianalı Karmen"də Xose Qarsiya, "Qaramı"da Budulay, "Gilasın rəngi"ndə Monti, "Başçı"da Ujvo rolunu ifa edib.

Yaradıcılığını sonucu nümunələri olan "Qaraçı Afrikadada qaraçıdır" (1996) və "Tabor hoteli" (2001) tamaşalarında həm aktyor, həm quruluşçu rejissor və həm də dramaturq kimi çalışıb. Onun sonuncu işi "Qaratoxmaqların kralı" adlı tamaşa olub.

2013-cü il mayın 11-də Moskvada vəfat edib.

Filmoqrafiya 35 filmdə rol almışdır: Möcüzələr adası (film, 1963) — Kamran Qaraca qız (film, 1966)(film, kinoalmanax) — qaraçı Yusif Sən niyə susursan? (film, 1966) — Nəcəf Yaşamaq gözəldir, qardaşım! (film, 1966) — İsmayıl Ulduzlar sönmür (film, 1971) — Çotay Tabor göylərə gedir Minotavrı ziyarət etmək Qaraçı Budulayın dönüşü

Mükafatları Kino və teatr xidmətlərinə görə, aktyor 1994-cü ildə Rusiyanın Əməkdar artisti, Şimali Osetiyanın xalq artisti fəxri adlarını qazanıb.

Mənbə Əhədoğlu, Y. "Belə bir ada da var" //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun. Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI — 5 filmimizdə çəkilmiş qaraçı aktyor.

Kateqoriya:Aktyorlar Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:Qaraçılar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:XXI əsr teatr rejissorları