Gülşad Eynulla qızı Baxşıyeva () — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" kafedrasının müdiri, professor və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
Həyatı Gülşad Baxşıyeva 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971–1975-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) professor, SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərliyi ilə ali məktəbi bitirdikdən sonra S. Rəhman adına Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Şəki teatrının yaradıcılarından biri olmuşdur. Teatrın repertuarında olan tamaşalarda (1975/1985) aparıcı aktrisa kimi əsas rolları ifa etmişdir.
O zaman SSRİ-də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivallarının iştirakçısı olmuşdur. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görülmüşdür. 1982-ci ildə Teatrın yaranmasında və inkişafındakı xidmətlərə görə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. Şəki teatrının açılışından 10 il müddətə qədər fəaliyyətdə olduğu zaman, müxtəlif tamaşalarda müxtəlif xarakterli 28 rol oynamışdır.
2006-cı ildə Ramiz Əzizbəylinin "Yalan" filmindəki "Nisə" roluna görə "Ən yaxşı qadın obrazı" nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının "Qızıl çıraq" mükafatına layiq görülmüşdür. Teatr və kino yaradıcılığıyla yanaşı o həm də 23 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor kadrlarının hazırlanması ilə məşğuldur. Onlarla istedadların formalaşmasına böyük diqqət və qayğı göstərir. Tələbələrinin sırasında "xalq və əməkdar artist" fəxri adına layiq görülənlər də var.
Gülşad Baxşıyeva o vaxt Şəki teatrında baş rejissor çalışan böyük sənətkar Hüseynağa Atakişiyevlə ailə həyatı qurmuşdur. Onların Elbəy (d. 1978) və Elmir (d. 1980) adında 2 oğulları var. Təəssüf ki, onların ailə həyatı uzun sürməmiş və ayrılmışlar.
ADMİU-da 1985-ci ildən "Səhnə danışığı", 1994-cü ildən "Rejissor və aktyor sənəti", hal-hazırda isə "Dram teatrı və kino aktyoru" kafedrasında işləyir. 2000-ci ildən dosentlik, 2006-cı ildən isə professorluq vəzifəsində çalışır.
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 01.12.1982Respublika teatr sənətinin işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 13.12.2023
Əsas rolları Komsomol poeması (S. Vurğun) — Gülcamal Hacı Qara (M. F. Axundov) — Sonaxanım Vəziri-xani-Lənkəran (M. F. Axundov) — Zibaxanım Nişanlı qız (S. Rəhman) — Bənövşə Yalan (S. Rəhman) — Şəlalə Kral Lir (V. Şekspir) — Qonerilya Romeo və Cülyetta (V. Şekspir) — dayə Əks-səda (N. Xəzri) — Zərifə ana Arvadımın əri (G. Xuqayev) — Fərizət Ağ xəstəlik (K. Çapen) — ana Pələng və kaftar (Ş. Petefe) — Predslava Bağdada putyovka var (Ə. Əylisli) — Sitəmxanım Vəzifə (Ə. Əylisli) — Nazlı Ezop (Fiqeyredu) — Kleya Uca dağ başında (V. Səmədoğlu) — Şənbəxanım Arturo Uinin karyerası (B. Brext) — Dokteyzi Adsız ulduz (M. Sebastyan) — Madmazel Kuku Sizi deyib gəlmişəm (Anar) — Zeynəb Adamın adamı (Anar) — At Balaxanım Həyatın dibində (M. Qorki) — Vasilisa Teymurləng (K. Marlo) — Zenokrata
Bakı teatrlarında oynadığı rollar Ölüm hökmü (Elçin) — bələdçi Arzu Ağ dəvə (Elçin) — Safura Şeytan tələbəsi (Ə. Əylisli) — Şaban arvad İntihar (V. Səmədoğlu) — Kleotra Halallıq (N. Rasputin) — Anna qarı Al canım qadan alım (Ə. Nesin) — Siyen Aydın (C. Cabbarlı) — Böyükxanım Sevil (C. Cabbarlı) — Sevil Ayı (A. Çexov) — Popova Təklif (A. Çexov) — Nataliya Stepanovna Evlənmə (N. Qoqol) — Arina Panteleymovna Nazrin xanım (Nuşiç) — Savka xala Mənim ağ göyərçinim (T. Vəliyeva) — Suğra
Televiziya tamaşalarındakı rolları Kənd sayağı elçilik (B. Şou) — qız Evlənmə (N. Qoqol) — Aqafiya Tixonovna Cinayət və cəza (F. Dostoyevski) — Katerina İvanovna Kamança (C. Məmmədquluzadə) — ana Hallalıq (N, Rasputin) — Anna qarı Cəza (A. Məsud) — ana Gecə (V. Vəliyev) — qoca ana Gecə yarıdan ötmüş (H. Orucov) — gəlin Yanmış körpülər (E. Məmiyev) — ana
Filmoqrafiya Aktrisanın təbəssümü (film, 1974) — rol: Naxış Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) — rol: Zivər Bəxt üzüyü (film, 1991) — rol: Sara Ömürdən uzun gecə (film, 1996) Hər şey yaxşılığa doğru — rol: hamilə qadın Bir anın həqiqəti (film, 2003) — rol: ana Milli bomba (film, 2004) — rol: qız anası Girov (film, 2005) — rol: falçı qadın Yalan (film, 2005) — rol: Nisə Yanmış körpülər (film, 2007) Günaydın, mələyim! (film, 2008) İstanbul reysi (film, 2010) Qayınana (film, 2011) Vəkil hanı? (film, 2011) Sirr (serial, 2012) Axınla aşağı (film, 2014) Bəxt üzüyü 2 (film, 2017) Yerlə göy arasında (film) — rol: əri ölmüş qadın Özünə oxşa (film) — Məryəm
Kitabları Baxşıyeva, G. Aktyor sənəti fənnində əsas amillər:dərs vəsaiti. — Bakı:ADMİU, 2010. — 186 s.
İstinadlar
Xarici keçidlər
Əri onu tərk etdi, işsiz qaldı – Ona niyə 40 ildir Xalq artisti adı verilmir? – "Bəxt üzüyü"nün Sarası Gülşad Baxşıyeva: "Aktyor və aktrisanı pensiyaya göndərmək olmaz" Kateqoriya:Azərbaycan aktrisaları Kinomən — Gülşad Baxşıyeva 20.02.2021 Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Əlifba sırasına görə film sənətçiləri