Şibi xaqan — Şərqi Göytürklərin ikinci xaqanı. Onun dövründə Suy sülaləsini zəifləmişdi.
Hakimiyyəti Şibi xaqan qurultay tərəfindən seçilməmişdi. O taxta imperator Yanq Quanqın əmri ilə gəlmişdi. Hakimiyyətinin ilk 5 ili sakit keçdi. 615-ci ildə Şibi xaqan imperator Yanmendə olanda xaqanın köməkçisini öldürməsi və qardaşı Çulaya çinli şahzadə sözü verməsindən qəzəbləndi və qəfil hücuma başladı. Yanmen mühasirəyə alındı. İçeng xatunun yalanı ilə mühasirəyə son qoyuldu və ordu şimala çəkildi. İmperatorun köməyinə isə sərkərdələrindən Li Yuan gəldi. 616-cı ilə qədər davam edən müharibədə nəticə alınmadı.
Hakimiyyətin sonları 617-ci ildə Çin imperiyası dağıldı. Xaqan Çindəki ən güclü adama çevrildi. Çinin ən böyük generalları onun ordusunda vəzifəyə gəldilər. Xaqanın ordusunda artıq xitaylar, çinlilər, tatarlar, qaoçelər və uyğurlar var idi, toplam sayları bir milyona yaxın olmuşdu. Xaqan imperatora sadiq qalan son qüvvələrin də üzərinə yürüş edərkən xəstələnərək öldü. Bu vəziyyətdən Li Yuan yetərincə istifadə etdi. Özünün yeni Tan sülaləsinin əsasını qoydu. Türklərlə dost siyasət yürütməyə başladı.
Ailəsi Oğlu Tolis xan imperator Yanqın qızı şahzadə Xuaynan ilə evlənmişdi.Digər oğlu isə məşhur Aşina Cieşeşuaydır.
İstinadlar
Kateqoriya:Şərqi Göytürk xaqanları Kateqoriya:Aşina ailəsi