Aşina Çonq (阿史那忠) (611-674) - Tan sülaləsi sərkərdələrindən olub, Göytürk şahzadəsi idi.
Həyatı Aşina Sunişinin oğlu, Bağa xaqanın nəvəsi idi. İllig xaqanın təslim olmağına kömək etdiyi üçün Sol Müdafiə generallığına yüksəldilmişdi. "Çonq" adı ona imperator tərəfindən verilmişdi, "vəfalı" mənasına gəlirdi.
Vəzifələri
635-ci ildə Sağ Mühafizəçiləri sərkərdəsi təyin edildi. 639-cu ildə isə Kilibi xaqanın Sol Müdrik Şahzadəsi elan olundu. 650-ci ildə Hsüe Quo knyazı titulunu aldı. 668-ci ildə Kinxay yolu mühafizəsinin rəisi təyin olunmuşdur.
Ailəsi Dinhsianq valisinin qızı, həmçinin Tanq Taiçonqun ögey qızı Şahzadə Linçuan (臨川公主) ilə evli idi.
Övladları
Aşina Cian (阿史那暕)
Ölümü 674-cü ildə vəfat etmişdir. Məzarı 1972-ci ildə tapılmışdır.
İstinadlar
Kateqoriya:Göytürk şahzadələri Kateqoriya:Aşina ailəsi