Con fon Neyman (; ) — ABŞ riyaziyyatçısı və fiziki.
Həyatı Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi.
Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s. sahələrə böyük töhfələr vermişdir.
Con fon Neymanın hesablama maşınının iş prinsipində əsas ideyalar aşağıdakı kimidir: informasiyanı təhlil edəcək hesablama maşını effektiv işləməsi ilə yanaşı, universal olmalıdır.
Universal hesablama maşını aşağıdakı qurğulardan ibarət olmalıdır: riyazi və məntiqi əməliyyatları yerinə yetirən hesab-məntiq qurğusu; proqramın icra olunma prosesini təşkil edən idarəetmə qurğusu; verilənləri və proqramları yaddaşında saxlaya biləcək yaddaş qurğusu. Hesablama maşınının yaddaşında təhlil edilmiş verilənlərin və ya proqramların saxlanılmasından ötrü yaddaşın yuvalarını nömrələmək nəzərdə tutulurdu və bununla yanaşı, digər qurğuların da yaddaşa müraciəti sadələşdirilməli idi.
İstənilən xarici qurğudan maşının yaddaşına proqram daxil edilir. İdarəetmə qurğusu yaddaşdakı proqramı nəzərə alaraq onun icra olunmasını təşkil edir. Daxil edilmiş əmrlərə uyğun olaraq riyazi-məntiqi qurğu riyazi və məntiqi hesablamaları yerinə yetirir. Beləliklə, hesablama maşını insanın köməyi olmadan hesablama işlərini həyata keçirir.
EHM-lərin Con Lüis fon Neyman tərəfindən verilmiş arxitektura prinsipləri uzun müddət demək olar ki, dəyişməz qalmış və yalnız 20-ci əsrin 70-ci illərinin axırında superkompüter və matris prosesorların bu prinsiplərdən kənara çıxıldı.
İstinadlar
Kateqoriya:ABŞ riyaziyyatçıları Kateqoriya:Macarıstan riyaziyyatçıları Kateqoriya:Zehni hesablayıcılar Kateqoriya:Nüvə fizikləri Kateqoriya:Cəbrşünaslar Kateqoriya:XX əsr macar yəhudiləri Kateqoriya:Prezident Azadlıq medalı ilə təltif edilənlər Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Macarıstandan ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:Göttingen Universitetinin müəllimləri Kateqoriya:Macarıstan fizikləri Kateqoriya:Almaniya fizikləri Kateqoriya:ABŞ informatikləri Kateqoriya:Almaniya riyaziyyatçıları Kateqoriya:Avstriya zadəganlığı Kateqoriya:Hamburq Universitetinin müəllimləri Kateqoriya:Macarıstan ixtiraçıları Kateqoriya:Macarıstan nüvə fizikləri Kateqoriya:Nəzəri fiziklər Kateqoriya:Oyun nəzəriyyəçiləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Süni intellekt tədqiqatçıları Kateqoriya:ABŞ fizikləri