Mərkəzi Afrika Respublikasının bayrağı 1958-ci iin dekabr ayının 1-də qəbul edilib.
Bayrağın ideyası Onun layihəsi Bartelemi Boqanda tərəfindən hazırlanıb. O Afrikanın müstəqilliyi uğrunda mübarizə aparıb. Bununla yanaşı o deyirdi ki, "Fransa ilə Afrika bir yerdə olmalıdır". Buna görə də Fransa bayrağında olduğu kimi qırmızı, ağ və göy rənglərdən, həmçinin Afrika ölkələrinin əsas rəngləri olan qırmızı, yaşıl və sarı rənglərindən də istifadə edib.
Rənglərin mənası Qırmızı - ölkə xalqının azadlıq uğrunda apardığı zaman axıdılan qanı simvolizə edir.
Göy - səma və azadlıq simvolu.
Ağ - sülh və qürur.
Yaşıl - ümid və inam.
Sarı - Səbir.
Qızılı ulduz - gələcək inkişaf və azadlıq.
Möhür 1976-79-cu illərdə Mərkəzi Afrika imperiyası dövründə imperiyanın möhürü var idi. Bu möhür imperator Bokassa I məxsus idi. Möhür açıq yaşıl rəngdə və üzərində qartal şəkli var idi. Bayraqda bu qartal ulduzla əvəz olunub.
Ölçüləri Eni:uzunu - 3:5
Mənbə Central African Empire, 1976-1979
Kateqoriya:Ölkə bayraqları Kateqoriya:Ulduzlu bayraqlar