Böyük Britaniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1957-ci ildə qoşulmuş və ümumilikdə 62 dəfə müsabiqədə iştirak etmişdir. Böyük Britaniya 20-ci əsrdə Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri olmuşdur. Belə ki, ötən əsr boyunca Britaniya Avroviziyada beş dəfə qələbə qazanmış, on beş dəfə ikinci, iki dəfə üçüncü və ümumilikdə iyirmi yeddi dəfə ilk beşlikdə yer almışdır. Müsabiqəyə qatıldığı ildən sonra yalnız bir dəfə 1958-ci ildə Avroviziyaya qatılmaqdan imtina etmiş və növbəti ildə yenidən müsabiqəyə geri dönmüşdür. Böyük Britaniya Almaniya, İtaliya, Fransa və İspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır.
Böyük Britaniya ilk dəfə Avroviziyada 1967-ci ildə Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə qələbə qazanmışdır. Bir il sonra 1969-cu ildə ölkəni müsabiqədə təmsil edən Lulu ifa etdiyi "Boom Bang-a-Bang" mahnısı ilə Böyük Britaniyaya ikinci qalibiyyəti gətirmişdir. Lakin həmin müsabiqədə Britaniya təmsilçisi ilə yanaşı həm də Fransa, İspaniya və Niderland təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi və nəticə olaraq, gecənin sonunda dörd ölkənin hər biri müsabiqənin qalibi elan edilmişdir. Böyük Britaniyanın üçüncü Avroviziya qələbəsi 1976-cı ildə Brotherhood of Man qrupunun səsləndirdiyi "Save Your Kisses for Me" mahnısı ilə qazanılmışdır. 1981-ci ildə isə Bucks Fizz qrupu ifa etdikləri "Making Your Mind Up" mahnısı ilə Böyük Britaniyaya dördüncü Avroviziya qalibiyyəti qazandırmışdırlar. Qrup müsabiqədə iştirakdan sonra öz fərqli tərzlərinə görə dünyada şöhrət qazanmış və qrupun dünyada 15 milyondan artıq albom nüsxəsi satılmışdır. Böyük Britaniyanın indiyədək olan ən son Avroviziya qələbəsi isə 1997-ci ildə Katrina and the Waves qrupunun ifa etdiyi "Love Shine a Light" mahnısı ilə əldə edilmişdir.
21-ci əsrdə isə Böyük Britaniya Avroviziyada heç də uğurlu nəticələr göstərməmişdir. Belə ki, 2000-ci ildən bəri ölkə yalnız iki dəfə müsabiqədə ilk onluğa daxil ola bilmişdir. 2002-ci ildə Britaniya təmsilçisi Cessika Qarlik üçüncü, 2009-cu ildə Ceyd İven beşinci yeri tutmuşdur. Bir-birini izləyən məyusedici nəticələrin ardınca Ceydin ölkəni beşinci yerə yüksəltməsi Britaniyada böyük sevinclə qarşılanmışdır. Böyük Britaniya indiyədək Avroviziyada dörd dəfə (hər biri 21-ci əsrdə) sonuncu yeri tutmuşdur.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 1957 İngiliscə Patrisiya Bredin "All" 7 6Yarımfinal olmayıb 1959 İngiliscə Pörl Karr və Teddi Conson "Sing, Little Birdie" 2 16 1960 İngiliscə Brayan Conson "Looking High, High, High" 2 25 1961 İngiliscə The Allisons "Are You Sure?" 2 24 1962 İngiliscə Ronni Karroll "Ring-A-Ding Girl" 4 10 1963 İngiliscə Ronni Karroll "Say Wonderful Things" 4 28 1964 İngiliscə Mett Monro "I Love the Little Things" 2 17 1965 İngiliscə Keti Körbi "I Belong" 2 26 1966 İngiliscə Kennet MakKellar "A Man Without Love" 9 8 1967 İngiliscə Sendi Şou "Puppet on a String" 1 47 1968 İngiliscə Kliff Riçard "Congratulations" 2 28 1969 İngiliscə Lulu "Boom Bang-a-Bang" 1 18 1970 İngiliscə Meri Hopkin "Knock, Knock Who's There?" 2 26 1971 İngiliscə Klodaq Rocers "Jack in the Box" 4 98 1972 İngiliscə The New Seekers "Beg, Steal or Borrow" 2 114 1973 İngiliscə Kliff Riçard "Power to All Our Friends" 3 123 1974 İngiliscə Oliviya Nyuton-Con "Long Live Love" 4 14 1975 İngiliscə The Shadows "Let Me Be the One" 2 138 1976 İngiliscə Brotherhood of Man "Save Your Kisses for Me" 1 164 1977 İngiliscə Linsi de Pol və Mayk Moran "Rock Bottom" 2 121 1978 İngiliscə Co-Co "The Bad Old Days" 11 61 1979 İngiliscə Black Lace "Mary Ann" 7 73 1980 İngiliscə Prima Donna "Love Enough for Two" 3 106 1981 İngiliscə Bucks Fizz "Making Your Mind Up" 1 136 1982 İngiliscə Bardo "One Step Further" 7 76 1983 İngiliscə Sweet Dreams "I'm Never Giving Up" 6 79 1984 İngiliscə Belle and the Devotions "Love Games" 7 63 1985 İngiliscə Vikki Uatson "Love Is" 4 100 1986 İngiliscə Ryder "Runner in the Night" 7 72 1987 İngiliscə Rikki "Only the Light" 13 47 1988 İngiliscə Skott Fitzjerald "Go" 2 136 1989 İngiliscə Live Report "Why Do I Always Get it Wrong?" 2 130 1990 İngiliscə Emma "Give a Little Love Back to the World" 6 87 1991 İngiliscə Samanta Yanus "A Message to Your Heart" 10 47 1992 İngiliscə Maykl Boll "One Step Out of Time" 2 139 1993 İngiliscə Soniya "Better the Devil You Know" 2 164 1994 İngiliscə Frensis Raffell "Lonely Symphony (We Will Be Free)" 10 63 1995 İngiliscə Love City Groove "Love City Groove" 10 76 1996 İngiliscə Gina G "Ooh Aah... Just a Little Bit" 8 773153 1997 İngiliscə Katrina and the Waves "Love Shine a Light" 1 227Yarımfinal olmayıb 1998 İngiliscə Imaani "Where Are You?" 2 166 1999 İngiliscə Precious "Say It Again" 12 38 2000 İngiliscə Niki Frenç "Don't Play That Song Again" 16 28 2001 İngiliscə Lindsi "No Dream Impossible" 15 28 2002 İngiliscə Cessika Qarlik "Come Back" 3 111 2003 İngiliscə Jemini "Cry Baby" 26 0 2004 İngiliscə Ceyms Foks "Hold On to Our Love" 16 29Böyük Dördlük ölkəsi 2005 İngiliscə Cavin Hilton "Touch My Fire" 22 18 2006 İngiliscə Daz Sempson "Teenage Life" 19 25 2007 İngiliscə Scooch "Flying the Flag (for You)" 22 19 2008 İngiliscə Endi Abraham "Even If" 25 14 2009 İngiliscə Ceyd İven "It's My Time" 5 173 2010 İngiliscə Coş Dubovi "That Sounds Good to Me" 25 10 2011 İngiliscə Blue "I Can" 11 100Böyük Beşlik ölkəsi 2012 İngiliscə Engelbert Hamperdink "Love Will Set You Free" 25 12 2013 İngiliscə Bonni Tayler "Believe in Me" 19 23 2014 İngiliscə Molli "Children of the Universe" 17 40 2015 İngiliscə Electro Velvet "Still in Love with You" 24 5 2016 İngiliscə Joe & Jake "You're Not Alone" 24 62 2017 İngiliscə Lusi Cons "Never Give Up on You" 15 111 2018 İngiliscə SuRie "Storm" 24 48 2019 İngiliscə Maykl Rays "Bigger than Us" 26 112020İngiliscəCeyms Nyumen"My Last Breath"2020 Avroviziya Mahnı MüsabiqəsiKoronavirus (COVID-19) səbəbilə ləğv edilmişdir 2021 İngiliscə Ceyms Nyumen "Embers" 26 0Böyük Beşlik ölkəsi 2022 İngiliscə Sam Ryder "Space Man" 2 466
Səsvermə tarixi Böyük Britaniyanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 253 2 209 3 171 4 156 5 135
Böyük Britaniyanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 249 2 206 3 195 4 189 5 187
Ev sahibliyi Böyük Britaniya Avroviziya üçün rekord say olan səkkiz dəfə müsabiqəyə ev sahibliyi etmişdir. Ölkə 1960-cı ildə Niderlandı, 1963-cü ildə Fransanı, 1972-ci ildə Monakonu və 1974-cü ildə Lüksemburqu ev sahibi-ölkə olaraq əvəz etmişdir.
İlŞəhərEv sahibiAparıcılar 1960London Royal Festival HallKeyti Boyl 1963 BBC Televiziya mərkəzi 1968 Royal Albert Hall 1972 Edinburq Usher Hall Moira Şirer 1974 Brayton Brighton Dome Keyti Boyl 1977 London Wembley Conference Center Ancela Rippon 1982 Harroqeyt Harrogate International Centre Yan Liminq 1998 Birminhem National Indoor Arena Ulrika Yonsson və Terri Voqan
Qalereya
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində