Latviya Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Latviya Avroviziyaya qoşulan dördüncü (Estoniya, Litva və Rusiyadan sonra) Postsovet respublikası olmuşdur. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə 2002-ci ildə Mariya Naumovanın ifa etdiyi "I Wanna" mahnısı ilə qələbə qazanmışdır. Latviya eyni zamanda müsabiqədə qısa zaman ərzində 4 dəfə sonuncu yerdə qərarlaşmışdır.
Latviya 2009-cu ildən 2014-cü ilədək Avroviziyada final mərhələsinə adlaya bilməmişdir. Altı ildən sonra ilk dəfə 2015-ci ildə ölkə təmsilçisi Aminata Savadoqo ifa etdiyi "Love Injected" mahnısı ilə Latviyanı finala yüksəltməyə nail olmuşdur.
Latviyanın Avroviziyadakı 20 mahnısından 17-si ingilis dilində, biri latış, biri rus, biri isə italyan dilində səsləndirilmişdir.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 2000 İngiliscə Brainstorm "My Star" 3 136Yarımfinal olmayıb 2001 İngiliscə Arnis Mednis "Too Much" 18 16 2002 İngiliscə Marie N "I Wanna" 1 176 2003 İngiliscə F. L. Y. "Hello From Mars" 24 5 2004 Latışca Fomins and Kleins "Dziesma par laimi"Finala keçməyib 17 23 2005 İngiliscə Valters və Kaja "The War Is Not Over" 5 153 10 85 2006 İngiliscə Cosmos "I Hear Your Heart" 16 30Birbaşa finalçı 2007 İtalyanca Bonaparti.lv "Questa notte" 16 54 5 168 2008 İngiliscə Pirates of the Sea "Wolves of the Sea" 12 83 6 86 2009 Rusca İntars Busulis "Probka" (Пробка)Finala keçməyib 19 7 2010 İngiliscə Aişa "What For?" 17 11 2011 İngiliscə Musiqq "Angel in Disguise" 17 25 2012 İngiliscə Anmari "Beautiful Song" 16 17 2013 İngiliscə PeR "Here We Go" 17 13 2014 İngiliscə, Latışça Aarzemnieki "Cake to Bake" 13 33 2015 İngiliscə Aminata "Love Injected" 6 1862155 2016 İngiliscə Yusts "Heartbeat" 15 132 8 132 2017 İngiliscə Triana Park "Line"Finala keçməyib 18 21 2018 İngiliscə Laura Rizzotto "Funny Girl" 12 106 2019 İngiliscə Carousel "That Night" 15 50
Səsvermə tarixçəsi Latviyanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 148 2 93 3 86 4 74 5 72 Latviyanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 91 2 88 3 66 4 47 5 34
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Ev sahibliyi İlŞəhərEv sahibiAparıcılar 2003 Riqa Skonto Hall Mariya Naumova və Renars Kaupers
Qalereya
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində