Rafiq (Rəfail) Əli oğlu Qəmbərov () — Azərbaycan kinooperatoru və fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin sədri (1998–2007), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), SSRİ Dövlət Mükafatı laureatı (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2018-ci ildən).

Həyatı Rafiq Əli oğlu Qəmbərov 31 dekabr 1947-ci ildə Qroznı şəhərində anadan olub. 1966–1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L. B. Kosmatovun emalatxanasında təhsil almışdır. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edir.

1998-ci ildə Azərbaycan Fotoqrafları Birliyini yaratmış və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik etmişdir.

1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Filmoqrafiya Bakı haqqında 10 dəqiqə (film, 1970) Gecə söhbəti (film, 1971) Hörmətli alim yoldaşlar (film, 1971) "Müstəntiq və məntiq" (film, 1971) Vətəndaş sərnişinlər... (film, 1971) Nəriman Nərimanov (film, 1972) Sözsüz mahnı (film, 1972) Təki dam olsun... (film, 1972) Gilas ağacı (film, 1972) Bizim küçənin oğlanları (film, 1973) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Vulkana doğru (film, 1977) Dantenin yubileyi (film, 1978) İçəri şəhər (film, 1978) Azərbaycanın palçıq vulkanları (film, 1979) Çovqan oyunu (film, 1979) İstintaq (film, 1979) Qəribə adam (film, 1979) Lahıc (film, 1979) "...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980) Bağlı qapı (film, 1981) Cəmşid Naxçıvanski (film, 1982) Fövqəladə hadisə (film, 1982) İstirahət gecəsi (film, 1982) Rəngli yuxu (film, 1982) Zərbə (film, 1983) Gethagetdə (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Park (film, 1983) Xəbərdarlıq (film, 1985) Atası yandı (film, 1986) Burulğan (film, 1986) Ölsəm... bağışla (film, 1989) Özüm və zaman haqqında (film, 1991) Prima (film, 1994) Həm ziyarət, həm ticarət... (film, 1995) Kədərimiz... Vüqarımız...

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 167. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər In Baku the exhibition of works of Shahin Huseynov has opened: "Usual day it has transformed into a holiday" Azərbaycanın Fotoqrafçılar İttifaqının sədri Rafiq Qəmbərov: "Reza Deqatti dünya şöhrətli fotoqrafçıdır" Свою "Волшебную страну" Рафик Гамбаров сначала продемонстрирует в Тбилиси Kadrarxası: "Kalyagin o məşhur ifadəni qışqıranda ağzından qan açıldı" — "İstintaq"ı Heydər Əliyev xilas edib

Kateqoriya:Azərbaycan fotoqrafları Kateqoriya:Azərbaycanlı fotoqraflar Kateqoriya:SSRİ kinooperatorları Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:XX əsr fotoqrafları Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Milli Kino Mükafatı laureatları