Rafiq Əliəşrəf oğlu Əzimov () — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şöhrət" ordenli (2018).

Həyatı Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 1964-cü ildə ailə həyatı qurub.

10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.

Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dibdat bəy" (Dibdat bəy), "Göz həkimi" (İvanov), "Ordan-burdan" (İsmayıl) teletamaşalarında oynayıb.

Prezident təqaüdçüsüdür.

2013-cü ildə rejissor Sənan Sultanovun quruluşunda Azərbaycan Televiziyasında Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunmuş "Sənət sevgisi" filmi çəkilmişdir.Allahverdiyev, E. Məmməd Arif, Rafiq Əzimov…: [rejissor Sənan Sultanovun quruluşunda akademik Məmməd Arif Dadaşzadəyə həsr olunmuş "Zirvələrdən gələn səs" və xalq artisti Rafiq Əzimova həsr olunmuş "Sənət sevgisi" filmi haqqında] //Ekran-efir.- 2013.- 13 dekabr.- S. 4–6.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 28 oktyabr 2000 Cəfər Cabbarlı mükafatı — 2010 "Sənətkar" medalı "Şöhrət" ordeni — 2 fevral 2018 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 Azərbaycan Respublikası Prezidentinin III dərəcəli mükafatı — 26 iyul 2002

Teatr səhnəsindəki rolları

Filmoqrafiya

Aktyor kimi

Səsləndirdiyi filmlər

İstinadlar

Mənbə Təranə. "Yeddi oğuldan biri" //Odlar yurdu.- London, 2009, aprel.- səh. 16. "Rafiq Əzimov: "Həyatımın ən çətin illəri idi": [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xəyalə Rəis //Kaspi.- 2015.- 8 may.- S.12. Əzimov, R. Sənətin tavanı yoxdur…: Rafiq Əzimov: "Bu yaşımda hələ də öyrənirəm": [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Ulduzə Qaraqızı //Ekspress.- 2015.- 3 iyul.- S. 15.

Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı xalq artisti Rafiq Əzimovdur — Vasif Ayanın müəllif layihəsi, YouTube Rafiq Əzimov "Stullar" tamaşası təqdim olundu Xalq artisti Rafiq Əzimovun doğum günüdür

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları