thumb|250px|right İtaliya Sosial Respublikası () və ya Salo Respublikası – İkinci Dünya müharibəsində Nasist Almaniyasının dəstəyi ilə qurulan İtalyanın şimalındakı dövlət. 1943–1945-ci illərdə mövcud olmuşdu. Qurucusu və prezidenti Benito Mussolini idi.

Bu dövlət III Reyxin rəhbəri Adolf Hitlerin köməyi ilə qurulmuşdu. Müttəfiqlərin Sicilyada təşkil etdiyi "Haski hərəkatı"nda İtaliya Siciliyanı müdafiə edə bilməmiş və adanı tamamilə itirmişdi. Bundan sonra İtaliya, Appenin yarımadasının cənub hissəsini də tamamilə itirdi. Bu səbəbdən Mussolini və İtaliya faşist dairələrinin ali hakimiyyət orqanı olan "Böyük Faşist Şurası"nın üzvləri yeni bir ordunun hazırlanması və yeni bir dövlətin qurulmasının lazım olduğunu düşünürdü. Onlar bu düşüncələrini Romanın şimalında İtalya Sosial Respublikasını qurmaqla reallaşdırdılar. Eyni zamanda, İtaliya Sosial Respublikası ilə birlikdə "Respublikaçı Faşist Partiyası" da quruldu. thumb|200px|left|İSR əsgərləri, 1944-cü ilin martı

1945-ci il 25 aprel on doqquz aylıq İtaliya Sosial Respublikasının süqut etdiyi gündür və bu günü italyanlar "Qurtuluş günü" kimi qeyd edirlər. 27 apreldə isə Mussolini İtaliya partizanları tərəfindən öldürülmüş və "Loreto meydanı"nda başıaşağı asılaraq xalqa göstərilmişdi.

Xarici keçidlər Axis History Factbook — Italy

Həmçinin bax

Kateqoriya:İtaliya tarixi Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:Tarixi respublikalar Kateqoriya:Birpartiyalı sistem Kateqoriya:İkinci Dünya müharibəsində siyasət Kateqoriya:1945-ci ildə İtaliyada ləğv olunanlar