Yana Matiasovska-Ağayeva () — Slovak əsilli Azərbaycan voleybolçusu, Türkiyənin Nilufər Bələdiyəspor komandasının şərəfini qoruyur.

Yana voleybola məktəbli olarkən Slovakiya voleybol məktəbində başlayıb. Məktəbdə oxuyanda müəllimlərindən biri voleybol məşqçisi olub. O, həmişə Yanaya gəl voleybol oyna, boyun da yaxşıdır deyirmiş. Əvvəlcə tərəddüd içərisində olub. Bir gün test tapşırığını pis yazan Yana, düşünür ki, gedib voleybolçu olacaq. 2000-ci ildən peşəkar olaraq voleybol klublarında çıxış etməyə başlayır. 5 il ərzində ölkəsinin ən güclü klubunda forma geyir. Məktəbi bitirəndən sonra Amerikaya təhsilini davam etdirməyə gedir. Orada bir universitet komandasında oynayır və yenə də oynadıqları çempionatların əksəriyyətində qalib olur. Daha sonra Rusiyaya gəlib ilyarım Uraloçkada oynayır. 2010-cu ildə Azərreylə transfer olunur. Burda Çağırış kubokunu qazanan Yana Azərbaycanda yerli voleybolçu kimi qalmaq təklifini qəbul edir. 2012-2013-cü illərdə o, Cənubi Koreyanın ən güclülərindən sayılan Suwon Hyundai E&C Hillstate klubunda çıxış edir. 2013-cü ildən Bakının "Azəryol" komandasının üzvüdür. 2014-cü ildə Superliqanın gümüş medallarına yiyələndikdən sonra klubu tərk etmişdir. 2014-cü ildə Atom klubuna transfer olunsa da, mövsümün ortasında əsas heyətdə az hallarda yer aldığına görə oranı tərk edib Bələdiyəspor Çanaqqala-ya yollanır.

Xüsusiyyətləri Boy: 199 sm Çəki: 82 kq Mövqe: Hücumçu Blok yüksəkliyi: 300 sm Hücum yüksəkliyi: 319 sm Nömrə: 10

Oynadığı klublar Tarix Ölkə Klub 2000-2005 Slávia UK Bratislava 2005-2009 University of Louisville 2009-2010 Uraloçka 2010-2011 Azərreyl Bakı 2011-2012 Azəryolservis 2012-2013 Suwon Hyundai E&C Hillstate 2013-2014 Azəryol Bakı 2014- Atom Sopot 2015- Bələdiyəspor Çanaqqala

Klubla qazandığı uğurlar "Slovakiya çempionu", 2001/2002 "Çex-Slovak Kuboku", 2-ci yer 2002/2003 "CEV Kuboku" 1/4 final mərhələsi, 2003/2004 "İlin ən yaxşı debüt edən voleybolçusu", 2005 "Big East Conference", 1-ci yer, 2005/2006 , 2006/2007, 2008/2009 "Rusiya Superliqası", 3-cü yer, 2009 "CEV Kuboku", 2-ci yer, 2009 "Rusiya Superliqası", 4-cü yer, 2009/2010 "CEV Kuboku", 4-cü yer, 2009/2010 "Azərbaycan Superliqası", 2-ci yer, 2010/2011 "Çağırış Kuboku", 1-ci yer, 2010/2011

Meydançadan kənar həyatı Sevdiyi yemək: Salmon balığı, dondurma Sevdiyi komanda: Slovakiya Milli Hokkey Yığması Xoşladığı kitab: Xaç atası Musiqi: Black Eyed Peas qrupu Təhsil: İqtisadi təhlil və proqnozlaşdırma Məşğuliyyət: Qiraət, kino və idman oyunları izləmək Sevdiyi filmlər: Unudulmaz titanlar, Xoşbəxt ayaqlar, Bacarırsan yaxala, Matrix və s. Devizi: Özünə güvən və heç vaxt təslim olma!

İstinadlar

Kateqoriya:Uraloçka QVK voleybolçuları Kateqoriya:Azərreyl Bakı QVK voleybolçuları Kateqoriya:Azəryol Bakı QVK voleybolçuları Kateqoriya:Azərbaycanın qadın voleybolçuları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar