Rauf Həbibov () — Quba Rayon İcra Hakimiyyətinin başçısı "R. X. Həbibovun Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 1 oktyabr 2007-ci il tarixli, 2414 nömrəli Sərəncamı. e-qanun.az (1 oktyabr 2007–2 mart 2012); 2012-ci ildəki Quba üsyanının əsas səbəbkarı.
Həyatı Rauf Xeyrulla oğlu Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb.
1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, "Günəş" kiçik müəssisəsinin direktoru, "Müstəqil Balbelan" müəssisəsinin direktor müavini vəzifələrində işləyib.
1 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
2012-ci ilin fevral ayının sonlarında Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq mart ayının 1-də Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib.
2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir"R.X.Həbibovun Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 mart 2012-ci il tarixli Sərəncamı. .
İstinadlar
Xarici keçidlər Rauf Hebibovun evinin yandırılması youtube.com
Həmçinin bax Quba üsyanı (2012)
Kateqoriya:Quba Rayon İcra Hakimiyyətinin başçıları