Xanhüseyn Hüseynağa oğlu Kazımlı () — keçmiş millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri.

Həyatı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiridir.

Uzun müddət parkinson xəstəliyindən əziyyət çəkən Xanhüseyn Kazımlı 24 iyul 2025-ci ildə vəfat edib. O, Yasamal qəbiristanlığında dəfn edilib.

Siyasi fəaliyyəti 1994–1998-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri işləmişdir. 1998-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuşdur. , Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatın qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəridir. Azərbaycan Sosial Rifah Partiyasının ilk sədr olmuşdur.

Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Avrasiya Qiymətləndiriciləs Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. Azərbaycan Respublikası Veteranlar Şurası İdarə Heyətinin üzvüdür.

Ailəsi Evlidir, 5 övladı var. Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun atasıdır. Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovanın atasıdır.

Mükafatları Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli, 716 saylı Fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir. "Qızıl qələm" və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır.

İstinadlar

Xarici keçidlər Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü — Yenilənib

Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan prezidentliyinə namizədlər