Hafiz Əbru adı ilə tanınan, XIV–XV əsr tarixçi və coğrafiyaçısı Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfi. Xorasanlı Hafiz Əbru həm də dövrünün mahir şahmatçılarından idi.

Hafiz Əbrunun həyatı Hafiz Əbrunun həyatı və fəaliyyəti haqqında bir o qədər də çox məlumat sahibi deyilik. Onun həyatı və əsərləri haqqında V. V. Bartold, İ. Y. Kraçkovski, A. Krımski, E. Braunun, X. Elliotun, X. Bayani, M. Xərəvi, Ç. Stori, Z. Safa və bir çox başqa tədqiqatçıların əsərlərində göstərilən faktlar əsasında və müxtəlif orta əsr mənbələrindən götürülən məlumatlar əsasında məlumat alırıq. Onun doğulduğu yer Herat şəhəri hesab edilir.İslam Ansiklopedisi. İstanbul: Türkiyə Diyanet Vakfı, 1997, c.15. s. 89 Təhsilini Həmədanda alıb. Əsərlərində özünü Abdullah ibn Lütfullah ibn ər-Rəşid Behdaddini adlandırır.V. V. Bartold. Əsərləri. Moskva: Nauka, 1971, c. VII, s.241 (rusca) Bartold öz tədqiqatlarında belə nəticəyə gəlmişdi ki, onun əsl adı Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfidir. Hafiz Əbrunun təxəllüsü ilə bağlı müxtəlif fikirlər var. "Hafiz" sözünün 2 mənası var: ya bu şəxs Quranın mətninin əzbər bilir, ya da 100.000 hədis bilir (Məhəmməd peyğəmbərin əməlləri barədə hədslər və peyğəmbərimiz tərəfindən deyilən hədislər). Hafiz sözünün digər mənası qoruyan deməkdir. Adın ikinci hissəsi — "Əbru" (farscadan tərcümədə qaş deməkdir) onun gözəl qaşları olduğuna görə Hafiz sözünə bu söz əlavə olunub. Onun doğum və ölüm tarixi dəqiq müəyyən edilməyib. Oun 1430-cu ildə ölməsini Elliot irəli sürür. İlk dəfə o göstərdiyi fəaliyyətlə bağlı "Zeyl-e Came ət-Təvarix" əsərində məlumat verir. Fasih Xəvəfi göstərirdi ki, Hafiz Əbru 3 şəvval hicri 833-cü ildə (25. VI.1430) Şahruxun (1377–1447) Azərbaycandan qayıtdığı vaxt vəfat edib. Şahrux Azərbaycandan Qaraqoyunlu (Baharlı) dövləti ilə — Qara İsgəndərlə (1420–1435) müharibədən sonra qayıdıb. Əgər bu faktı da diqqətə alsaq, onda Hafiz Əbrunun 70 il yaşadığını hesab etmək olar (1361–1430). O, ilk dəfə Teymurun sarayında (1336–1405) şahmatçı kimi şöhrət tapıb. Əbdür-rəzzaq Səmərqəndi yazır ki, Teymur hər bir şəhəri tutandan sonra şahmat oynamaq üçün şahmatçı axtarırdı. Hafiz Əbru ilə tanışlığı belə olub. Bundan sonra onlar arasında dostluq möhkəmlənib. Hafiz Əbru ilə Teymur arasında isti münasibətlərinin yaranmasında təkcə şahmat oyunu deyil, həm də birincinin mənşəyi olub. V. V. Bartoldun sözlərinə görə, Teymur hər kəsdən çox xorasanlılara etibar edirdi. Hafiz Əbru da xorasanlı idi. Teymurun ölümündən sonra Hafiz Əbru onun oğlu Şahruxun sarayında qaldı. Burada artıq Teymur zamanında olduğu kimi şahmatçılara dəyər verilmirdi. Şahrux öz növbəsində ona müxtəlif tapşırıqlar verirdi. Tapşırıqların öhdəsindən layiqincə gələn Hafiz Əbru məşhur tarixçi və coğrafiyaşünas oldu.

Hafiz Əbrunun əsərləri Hafiz Əbru türk, ərəb, fars dillərini bilirdi. Həm də dövrün yazılı mənbələri ilə tanış idi. O əsərlərini sadə və anlaşıqlı dildə yazmışdır. Tarixçinin əsərlərinə aşağıdakılar daxildir:

"Məcmue-ye Hafiz-e Əbru" (Hafiz Əbrunu toplusu) Bu əsər 1417-ci ildə Şahruxun göstərişi ilə yazılıb, müxtəlif tarixçilərin əsərlərindən təşkil olunub aralarında Hafiz Əbrunun əsərləri də vardı. Bu əsər aşağıdakı hissələrdən ibarətdir:

— Ön söz;

— "Tarix-e Təbəri" (Təbərinin tarixi) Bəlaminin tərcüməsində;

— "Came ət-təvarix" (tarixlərin toplusu) Fəzlulah Rəşidəddin;

— "Zey-e Came ət-Təvarix" (Rəşidəddinin tarixlər toplusuna əlavə). 

— Qurdlar sülaləsinin mənşəyi və qısa tarixinin təsviri;

— Müzəffəridlər sülaləsinin mənşəyi və qısa tarixinin təsviri;

— Toğay Teymura, əmir Valiyə, Sərbərdar və Əmir Arqun şaha həsr edilmiş 4 traktat;

— "Zəfərnamə" əsəri-Nizaməddin Şami

— "Zeyl-e Zəfərnamə" (Hafiz Əbrunun Nizaməddin Şaminin əsərinə əlavəsi).

— 1416-cı ilə qədərki hadisələrin təsviri.

"Məcməat-təvarix" (Tarixlər Məcmuəsi) adlı tarixlər toplusu Bu əsər Şahruxun oğlu Baysunqurun göstərişi ilə yazılmış ümumdünya tarixidir. Əsərdəki məlumatlar 4 hissədən ibarətdir:

— Həzrəti Məhəmmədə qədər ilk insan Həzrəti Adəmdən başlayaraq, və İslama qədərki İran tarixi də daxil olmaqla peyğəmbərlərin tarixinin təsviri.

— Məhəmməd peyğəmbərin həyatından başlayaraq Abbasilər sülaləsinin (751–1258) idarəçiliyinin sonuna qədər baş verən hadisələrin təsviri.

— Monqol dövrünə qədər Səffarilər, Samanilər, Qəznəvilər, Qurilər, Səlcuqilər, Xarəzmşahlar sülalələrinin hakimiyyətlərinin təsviri;

"Zübdət ət-təvarix-e Baysunquri" ("Baysunqur tarixinin qaymaqları") Hafiz Əbru Baysunqura həsr edib. O, öz növbəsində 2 hissəyə bölünür; 

— 1335-ci ildən 1405-ci ilədək hadisələrin təsviri; 

— Şahruxun hakimiyyəti dövründə 1427-ci ilə qədərki hadisələrin tarixi təsviri.

Əgər müəllifin 1430-cu ildə öldüyü faktı ilə razılaşsaq, onda güman etmək olar ki, o, 2–3 il qocalığı ilə əlaqədar fəaliyyət göstərməyib.

"Coğrafiya-ye Hafiz-i Əbru" (Hafiz Əbrunun Coğrafiyası) Bu əsər 2 hissədən ibarətdir: Qərbdən şərqə, Məğribdən Kerman əyalətinə qədər olan ölkələrin təsviri və kosmoqrafik xarakterinə giriş; Xorasan və Mavərənnəhr şəhərləri haqqında məlumatlar və 1420-ci ilə qədər olan hadisələrin təsviri;

"Zeyl-e Came ət-təvarix-e Rəşidi" (Rəşidəddinin tarixlər toplusuna əlavə).