Qəhrəmanova Sədaqət Məmmədyar qızı () — Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

Həyatı 1 mart 1949-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuşdur.1966-cı ildə Əli-Bayramlı şəhər 2 saylı orta məktəbi bitirmişdir

1968–1971-ci illərdə Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialını bitirib, iqtisadçı peşəsinə yiyələnmişdir.

1973–1977-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır.

Ailəlidir, 4 övladı var.

Əmək fəaliyyəti Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1967–1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə 1970–1973-cü illərdə şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri 1973-cü ilin fevral ayından sentyabr ayınadək Əli-Bayramlı şəhər Partiya Komitəsində təlimatçı 1977–1978-ci illərdə şəhər Partiya komitəsində təlimatçı və şəhər Qarışıqmallar ticarət idarəsində rəis vəzifəsində işləmişdir. 1978-ci ilin dekabr ayında Əli-Bayramlı şəhər Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir. 1983-cü ilin dekabr ayında şəhər Xalq Nəzarət Komitəsinin sədri təyin olunmuşdur. 1991-ci ilin iyun ayında Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir. 1995-ci ilin sentyabr ayında Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı təyin olunmuşdur. 18 aprel 2005-ci ildə Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. 18.05.2005-ci il tarixindən Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini işləmişdir. 2006-cı ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Mükafatları 25 sentyabr 2008-ci il Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilmişdir. 28 fevral 2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunubS. M. Qəhrəmanovanın 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şirvan Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Əli Bayramlı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri