Nou-hau ( — bilirəm necə) və ya istehsalat sirri — 1)hələ ümumi istifadə obyektinə çevrilməmiş, yenilik olan biliklər, elmi-texniki, istehsal, texnoloji, idarəetmə, maliyyə-iqtisad, kommersiya səciyyəli məlumatlar, həmçinin onlardan istifadə; 2)texniki məsələni, yaxud digər məsələni, həll etmək üçün texniki biliklər, kommersiya, idarəetmə, reklam sahəsində əməli təcrübə, istehsal sirləri.

Ümumi məlumat Onlar alınıb-satıla bilər və rəqib üzərində üstünlük əldə etməyə imkan verir. Bu müəyyən informasiya, düsturlar, sxemlər, fəaliyyət alətləridir. Bəzi ölkələrdə bura patentlər və üstünlük əldə etməyə imkan verən informasiya da daxildir.

Tətbiq praktikası Müəllif əvvəlcə patent alır, nou-hau paketi əldə edir və müvafiq hüquqi sığorta ilə təmin edilir. Nou-hau və nou-nou eyni anlayışlardır.

İstinadlar

Ədəbiyyat Manual on Technology Transfer Negotiation, United Nations Industrial Development Organization (A Reference for Policy-makers and Practitioners on Technology Transfer), United Nations Industrial Development Organization, Vienna, Austria (1996) ISBN 92-1-106302-7 Licensing Guide for Developing Countries, World Intellectual Property Organization (WIPO), Geneva, 1977, ISBN 92-805-0395-2

Kateqoriya:Hüquq Kateqoriya:Biznes Kateqoriya:İnnovasiya Kateqoriya:Mülkiyyət Kateqoriya:Əqli mülkiyyət hüququ Kateqoriya:İqtisadi terminlər Kateqoriya:İngilis dilində ifadələr