Bernard Herrmann (; ) — ABŞ bəstəkarı, "Oskar", BAFTA və Qremmi mükafatları laureatı, bir çox kinofilmlərin musiqisinin müəllifi.
Həyatı Bernard Herrmann 29 iyun 1911-ci ildə Nyu-Yorkda anadan olmuşdur.
Bernard Herrmann 1930–1940-cı illərdə "Dünyanın müharibəsi" və "Vətəndaş Keyn" radio tamaşalarında Orson Uellslə əməkdaşlıq etmişdir. O, Alfred Hiçkokun 1955–1964-cü illər arasında çəkilmiş bütün filmlərinə musiqi tərtibatı vermişdir. Onun şah əsəri Hiçkokun "Psixo" filminə yazdığı musiqi hesab olunur. Uzunmüddətli əməkdaşlıqdan sonra Hiçkokla aralarında inciklik yarananır və bəstəkar Fransua Trüffo, Brayan De Palma kimi rejissorlarla işləməyə başlayır. Onun kinoda son işi 1976-cı ildə rejissor Martin Skorsezenin "Taksi sürücüsü" filminə yazdığı musiqi olur.
Bernard Herrmann 1975-ci ildə Los-Ancelesdə vəfat etmişdir.
Herrmannın yaradıcılığı o qədər yüksək səviyyədə olmuşdur ki, təkcə Ancelo Badalamenti və "The Beatles" qrupuna yox, eləcə də müasir filmlərə öz təsirini göstərdi. Məsələn, Kventin Tarantinonun "Billi öldürmək" filmi buna misal ola bilər.
Filmoqrafiya Vətəndaş Keyn (film, 1941) / Citizen Kane Ceyn Eyr (film, 1943) / Jane Eyre Psixo (film, 1960) / Psycho Quşlar (film, 1963) / The Birds Marni (film, 1964) / Marnie
Mükafatlar və nominasiyalar İl Mükafat Kateqoriya Nominasiya Nəticə 1975 2-ci Saturn mükafatıhttp://akas.imdb.com/event/ev0000004/1975 Saturn Mükafatı: 1975 (IMDb) Ən yaxşı musiqi Bernard Herrmann
İstinadlar
Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:ABŞ film bəstəkarları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı laureatları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ musiqiçiləri