Süleyman Cabbar oğlu Səlimbəyov () — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).
Həyatı Süleyman Səlimbəyov 1888-ci ildə Şamaxıda anadan olmuşdur. Səhnəyə 1907–1908-ci illərdə çıxmış, əsasən, "Nicat" cəmiyyətinin, 1919–1936-cı illərdə hazırkı Akademik Milli Dram Teatrının truppasında olmuşdur. 1936-cı ildə Lənkəranda yeni açılmış teatrın yaradıcılığına təkan vermək üçün oraya ezam edilmişdir. 1940-cı illərin ortalarına qədər qısa fasilələrlə Lənkəran Dövlət Dram Teatrında direktor və bədii rəhbər işləmişdir. Arada bir neçə rayon teatrında, həmçinin Akademik sənət ocağında aktyorluq etmişdir.
Süleyman Səlimbəyov Lənkəran teatrında Mirzə İbrahimovun "Həyat", Üzeyir Hacıbəyovun "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan", Cəfər Cabbarlının "Yaşar", "1905-ci ildə", "Od gəlini" əsərlərini tamaşaya hazırlamışdır.
Aktyor 1951-ci ildə Bakıda vəfat etmişdir.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
İfa etdiyi əsas rollar Rol Tamaşa Müəllif Heydər bəy Hacı Qara Mirzə Fətəli Axundov Gürcü bəy Nadir şah Nəriman Nərimanov Heydər bəy Ölülər Cəlil Məmmədquluzadə Aslan bəy Anamın kitabı Cəlil Məmmədquluzadə Əmirqulu xan Ağa Məhəmməd şah Qacar Əbdürrəhim bəy Haqverdiyev Kəndli Bəxtsiz cavan Əbdürrəhim bəy Haqverdiyev Səlim bəy Dağılan tifaq Əbdürrəhim bəy Haqverdiyev Özdəmir Afət Hüseyn Cavid Əli paşa Topal Teymur Hüseyn Cavid Platon Şeyx Sənan Hüseyn Cavid Altunbay Od gəlini Cəfər Cabbarlı Şüheyb Trablis müharibəsi və ya Ulduz Cəfər Cabbarlı Dövlət bəy Aydın Cəfər Cabbarlı İvanov Yaşar Cəfər Cabbarlı Aslan bəy Oqtay Eloğlu Cəfər Cabbarlı Heydər bəy Laçın yuvası Süleyman Sani Axundov Bobçinski və İvan Kuzmiç Müfəttiş Nikolay Qoqol Aslan Qafqaz çiçəkləri Rudolf Rotşild Qraf İki yetimə Adolf D'Enneri və Kermon Anteron de Mariti Qanlı qala Aleksandr Düma Lord Edvard Kapitan Qrantın uşaqları Jül Vern Şah-Klavdi Hamlet Uilyam Şekspir Don Loyes Don Juan Jan-Batist Molyer Cənab de Stenval Jorj Danden Jan Batist Molyer
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan aktyorları